9 milyonluq otel dönər qiymətinə satılır Bir şərtlə...
Icma.az bildirir, News24 portalına istinadən.
9 milyon dollarlıq bir otel müəyyən şərtlərlə dönərin orta hissəsinin qiyməti olan 10 dollara alıcı gözləyir.
News24.az xəbər verir ki, ABŞ-ın Denver bələdiyyəsi oteli satışa çıxarıb.
ABŞ-ın Kolorado ştatının Denver şəhərindəki bu daşınmaz əmlak fürsəti ölkədə böyük əks-səda yaradıb. Şəhər hökuməti 2023-cü ildə 9 milyon dollara aldığı “Stay İnn” otelini cəmi 10 dollara yeni investora satmağa hazırlaşır. Ancaq bu ucuz qiymətin müqabilində yalnız bir şərt tələb olunur: Otel evsizlər üçün uzunmüddətli sığınacaq verən rezidensiyaya çevrilməlidir.
Denver ştatının Mənzil Sabitləşdirilməsi Departamentinin sözçüsü Derek Vudberi layihənin təfərrüatlarını bölüşərək, şəhərin oteli indiki vəziyyətdə satacağını və alıcını 99 il ərzində gəlirləri məhdudlaşdıran mənzil yaratmağı öhdəsinə götürən müqavilə bağlayacağını bildirib.
Satış prosesinin davam etdiyini bildirən Vudberi şəhər şurasının bu il layihəni təsdiqləyəcəyini gözlədiklərini söyləyib.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 07 Fevral 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















