Icma.az
close
up
RU
9 qol vurmayanın atasına lənət! sən nə etdin, Lal Hüseyn…

9 qol vurmayanın atasına lənət! sən nə etdin, Lal Hüseyn…

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bax, indi bu sətirləri yazanda da Erneste Valverdenin “Qarabağ”la bağlı oyunçularına bu qədər əcaib tapşırıq verdiyinə qətiyyən inanmıram.

İllərin təcrübəsi, onlarla titulu olan mütəxəssis məntiqlə belə danışa bilməz. “Atletik”in baş məşqçisi futbolçularına "Qarabağ"ın qapısına mümkün qədər çox – hətta 9 top – vurmağı" tapşırırsa və bunu media önündə dilə gətirirsə, deməli, ən azı taktiki səhvə yol verir. Məgər hesablaya bilmir ki, bu açıqlama “Qarabağ”ın futbolçularının da qulağına çatacaq?! Ondan sonra artıq Qurban Qurbanovun yetirmələrinə nə taktiki incəliklər anlatması lazımdı, nə də oyunöncəsi motivasiya verməsi. Motivasiyanı Valverde verib də! “9 qol vurmağı tapşırmışam” deməklə bizimkiləri qıcıqlandırıb, dəliyə döndərib. İndi onlar “San-Mames”in qazonunu eşib dağıtsınlar, cənab Valverde, sən də yaxşı-yaxşı bax! Elə böyük səhv etmisən ki, izahı yoxdu.
Əslində “Qarabağ”ın qarşıdakı səfər oyunu ilə bağlı hədəfi məlumdu: imkan olsa, 3, ən azı 1 xalla dönmək. Prinsipcə 1 xalın da ağdamlıların “24-lüy”ə düşməsi baxımından önəmi böyükdü. Ümumiyyətlə, bu mərhələdə hər xal qızıl dəyərindədi. Özü də ilk iki oyunda 6 xal qazanan, “iştah diş altındadı” məsəlini unutmayan komanda üçün. Qurban bəy də “Kopenhagen” üzərindəki qələbədən sonra bir qədər ehtiyatlı şəkildə xalla bağlı hesab-kitab aparmağa başladı.
Və indi biz Bilbaoya yollanırıq. Onsuz da gücümüzə əminik. Valverde isə belə axmaq açıqlama ilə arı yuvasına çöp etdi, “Qarabağ”ın gücünə qəzəb də qatdı. Gücün üzərinə qəzəb də gələndə bir komandanın qarşısını almaq qat-qat çətin olur. Dəhşətli dərəcədə əminəm ki, oktyabrın 22-si axşam “San-Mames”in qazonuna çıxacaq hər bir “Qarabağ” oyunçusunun ürəyindən Valverdenin dayandığı yerə yaxınlaşmaq və ona “9 qol vurmayanın atasına lənət” demək keçəcək. Onlar deməsə də, mən indidən deyirəm: 9 qol vurmayanın atasına lənət! Bacarırsızsa, vurun!
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri