Icma.az
close
up
RU
900 manatlıq maaş tələsinə düşmək üçün: Bəribaşdan 30 manat istəyirlər

900 manatlıq maaş tələsinə düşmək üçün: Bəribaşdan 30 manat istəyirlər

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar sosial şəbəkələrdə dələduzluq halları artmaqda davam edir. 

Bunlar daha çox iş elanları formasında yayılır.

“Cebheinfo.az” həmin elanlardan birində göstərilən koordinatla əlaqə saxlayaraq iş elanının doğruluğunu yoxlayıb. 

Elan bu məzmunda olub: “Qablaşdırıcı işi: xanımlar və bəylər tələb olunur. 

900 manat maaş, maaş gündəlik və aylıq da verilir. Yemək və geyim şirkət tərəfinden verilir. Yaş həddi:  

16-65 yaşa qədər, parttime da işləyə bilərsiniz, gecə və gündüz növbəsi var. Gecə növbəsi 23:00-07:00, səhər növbəsi - 09:00-18:00. Eviniz, əraziniz hara yaxındısa, ora təyin olunursunuz. “20 Yanvar”, “Neftçilər”, “Koroğlu”, Sulutəpə, Xırdalan, NZS, “Həzi Aslanov”, “28 May”, “İnşaatçılar”, Məhəmmədli, Binə. Əlaqəni votsapda qurun”. 

Göründüyü kimi, bütün şərtləri işçi üçün uyğunlaşdıran şirkət 900 manat maaş təklifi ilə diqqəti cəlb etməyi bacarıb.  Əlaqə vasitəsi olaraq verilən telefon nömrəsi Azərbaycana aid deyil və ancaq votsapla danışmaq mümkündür. Həmin nömrə ilə əlaqə saxladığımız zaman süni intellektlə yazıldığı bəlli olan səs yazısı təqdim olundu və elanın mətni təkrar edildi. 

Ardınca elan sahibi bizdən şəxsi məlumatlarımızı göndərməyimizi və təsdiq üçün 30 AZN ödəməyimizi tələb etdi. Şirkətin təmirdə olduğu və rəsmi qeydiyyatda olduğu bildirildi. 
Göründüyü kimi, elanın sosial şəbəkələrdə paylaşılan mətnində qeydyyat üçün 30 AZN ödənilməsinə dair şərt yoxdur. Beləliklə diqqəti 900 manat maaşla cəlb edən “şirkət” daha sonra işə ehtiyacı olanlardan qeydiyyat üçün 30 AZN və şəxsi məlumatlarını göndərməyi tələb edir. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az” 

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri