Icma.az
close
up
RU
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaq

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan qanunvericiliyində hərbi xidmətə yollanan işçilərə nə qədər müavinət ödənildiyi müəyyənləşib.

İşçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin (işəgötürən və işçi) iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

Bu halda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir.

Həmçinin, işəgötürən işçiyə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, bu halda işçiyə ödənilməli olan son haqq-hesab hesablanır:

"Misal üçün, deyək ki, Kamran adlı şəxs "A" MMC-də 15.12.2024-ci il tarixindən mühasib vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 800 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən ona çağırış vərəqəsi daxil olub və əmək müqaviləsinə 15.01.2026-cı il tarixdən hərbi xidmətə çağırılması əsası ilə xitam verilib".

A.Aydın əlavə edib ki, bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesabı bu şəkildə hesablanır:

Əvvəlcə işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayı üzrə aylıq iş vaxtı norması 151 saatdır. Kamran yanvar ayında 9 iş günü (72 saat) çalışıb və son iş günü 15 yanvar tarixidir.

800 : 151 = 5,30 manat ; 5,30 × 72 = 381,6 manat

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan istifadə etməyib. Onun iş ili 15.12.2024 - 15.12.2025 tarixlərini əhatə edir və bu dövr üçün 30 təqvim günü məzuniyyət hüququ var. Növbəti iş ilində isə 31 təqvim günü işlədiyi üçün ona əlavə olaraq 2,5 gün ((30:365) × 30) məzuniyyət günü düşür. Beləliklə, ümumilikdə 32,5 təqvim günü istifadə edilməmiş məzuniyyət qalır.

Orta aylıq əməkhaqqının 800 manat olduğunu nəzərə alındığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:

(800 : 30,4) × 32,5 = 855,3 manat

Kamrana hərbi xidmətə çağırılmasına görə veriləcək işdənçıxarma müavinətinin məbləği aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay - noyabr və dekabr ayları üzrə Kamranın gəliri 1 600 manat (800×2) olub. Həmin aylarda iş günlərinin sayı 41 gün olub. Nəticədə bir günlük əmək haqqı 39 manat (1600:41) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əməkhaqqının məbləği 783,1 manat (30×20,08) olacaq. Bu məbləğin 3 misli, yəni işdənçıxma müavinəti 2 349,4 manat (783,1×3) olacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği belə olacaq:

381,6 manat (işlənmiş günlər üçün əməkhaqqı) + 855,3 (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 2 349,4 (işdənçıxarma müavinəti) = 3 670,86 manat.

Deməli, bu nümunədən də göründüyü kimi ayda 800 manat əmək haqqı alan bir şəxs hərbi xidmətə çağırılan zaman işəgötürən ona 3 586,3 manat ödəməlidir.

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

Məlumat üçün bildirək ki, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə də tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları istisna olmaqla işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar

Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri