Icma.az
close
up
RU
Ləmanın səhhəti ilə bağlı şok detallar: Qida borusu zədələnib

Ləmanın səhhəti ilə bağlı şok detallar: Qida borusu zədələnib

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ötən ilin noyabrında Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında vəfat edən Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəylinin (Hümbətova) yaxınları Kliniki Tibbi Mərkəzdən narazıdırlar.

Globalinfo.az bildirir ki, bunu “Yeni Sabah”a açıqlamasında K.Vəlibəylinin bacısı Maya Hümbətova deyib.

Onun sözlərinə görə, K.Vəlibəylinin qızı Ləman Qulamova Kliniki Tibbi Mərkəzdə müalicə aldığı dövrdə onun qida borusu zədələnib və infeksiyaya yoluxub:

“Qida borusunda yanlış yerdən açılan deşik səbəbindən uzun müddətdir ki, Ləmanın xəstəxanada müalicəsi davam edir. Əgər bu hal baş verməsəydi, çoxdan evə buraxılmışdı. 58 gündür ki, zədələnən nahiyəyə stend taxılıb. Yaxın günlərdə Ləmanı müayinə edəcəklər. Çünki bu stend qoyulduğu andan 2 ay sonra artıq öz nəticəsini göstərməlidir. Biz isə vəziyyətdən çox narahatıq. Onu da qeyd edim ki, Ləman 2 aydır ki, nə su içir, nə də ki yemək yeyir. Onu bağırsaq yolu ilə qidalandırırlar”.

Maya Hümbətova bildirib ki, Ləman artıq 15 gündür reanimasiyadan palataya köçürülüb:

“Əvvəllər onun haqqında məlumatların çox da yayılmamasına çalışırdım. Düşünürdüm ki, Ləman oyanıb bu xəbərləri görəndə pis olacaq. Bu səbəbdən səhhəti ilə bağlı heç bir açıqlamanın yayımlanmasının tərəfdarı deyildim. İndi isə səhv etdiyimi anladım. Ləman artıq 15 gündür reanimasiyadan çıxıb. 2 aydan çoxdur ki, xəstəxanada mübarizəmizi davam etdirik, bu günlər bizim üçün çox ağır keçib. Xüsusilə bacım Könülün yoxluğu və bunu Ləmana hiss etdirməməyə çalışmaq olduqca çətindir”.

M.Hümbətova söyləyib ki, anasının öldüyünü hələ də Ləmandan gizlədirlər. Çünki belə ağır xəbərin onun səhhətinə mənfi təsir edəcəyindən qorxurlar. Ancaq bundan daha acınacaqlı bir vəziyyətlə qarşı-qarşıya qalıblar:

“Ləman 19 gün komada qaldı. Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov Ləman üçün əlindən gələni etdi, onu həyata qaytardı. 3 saturasiya ilə xəstəxanaya yerləşdirilmişdi. Sağ qalmağına ümid yox idi. İndi özünün saturasiyası ilə nəfəs alır. Ciyərləri normal vəziyyətə qaytarılıb. Amma əsas məsələ bundan ibarətdir ki, Ləmanın traxeyası və qida borusunu zədələyiblər. Biz bunu Ləman ilk dəfə gözünü açanda öyrəndik. Bizdən çay istədi, lakin udğuna bilmədi və qaytardı. Müayinə ediləndə belə bir vəziyyətlə üzləşdiyimizi öyrənmiş olduq”.

M.Hümbətova bu zaman çərçivəsində Ləmanı şəxsi vəsaitləri hesabına müalicə etdirdiklərini bildirib. Həmçinin, əlavə edib ki, bir-iki ailəvi dostlardan başqa heç kəs onlarla maraqlanmayıb

“Yeni Klinikanın rəhbərliyi, başda Barat Yusubov olmaqla, bütün həkim kollektivindən razıyıq. Onlar Ləmanı yenidən həyata qaytarıb, ona nəfəs oldular”.

Maya Hümbətovanın iddiaları ilə bağlı Kliniki Tibbi Mərkəzə sorğu ünvanlamışıq.

Xatırladaq ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova ölüb. 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri