Icma.az
close
up
RU
96 plastik cərrahın davam edən təftişi

96 plastik cərrahın davam edən təftişi

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekspertlər deyir ki, plastik cərrahların fəaliyyətinə davamlı nəzarət sistemi yaradılmalıdır

Manset.az Musavat.com-a xəbər verir ki, bir müddət əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

31 yanvaradək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Səhiyyə naziri Teymur Musayev bildirib ki, indiyə qədər 40 plastik cərrahın sənədi komissiya tərəfindən təftiş edilib.

O qeyd edib ki, Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib: "Onlar komissiya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq". Bəs lisenziya alan həkimlərin səhvlərinə görə məsuliyyəti bundan sonra nazirlikmi daşıyacaq? Ümumiyyətlə, insanların bu sahəyə inamını bərpa etmək mümkün olacaqmı? 

Cərrah-həkim Adil Qeybulla mövzu ilə bağlı bildirib ki: “Bir var, həkimin o sahə üçün peşə hazırlığı və nəzəri bilikləri olmasın, o zaman onun qəti hüququ yoxdur. Bu başqa bir məsuliyyət məsələsidir. Bir də var ki, buna hüququ olan, baza təhsili, təcrübəsi olan, lisenziyası olan həkimin səhvi ucbatından ağırlaşma baş versin. Təbii ki, bu araşdırılmalıdır. Burada qəsdən olub, səhlənkarlıq olub, yaxud xəstənin orqanizmi ilə bağlı ağırlaşma baş verib, bunlar araşdırılmalıdır. Təəssüflər olsun ki, xəstələrin başına gələn bu müsibətlər çox vaxt həkimin əməliyyat zamanı səhvindən daha çox əməliyyatdan sonrakı dövrə aiddir. Bir çox hallarda xəstələri evə vaxtından tez yazırlar, problemlər bu zaman yaranır. Bu məsələləri araşdırmaq lazımdır. Bundan başqa müəyyən klinik protokollar qəbul edilməlidir, əməliyyatlardan sonra vəziyyət belə olmalıdır və sairə. Xəstəyə individual yanaşma olmalıdır. Səhiyyə Nazirliyinin əsas işi bundan ibarətdir. Kimlərisə cəzalandırmaqla iş bitmir. Müəyyən qaydalar yaradılmalıdır”.

Ümumi cərrah Elşən Nəsibov da mövzu ilə bağlı deyib ki, nazirliyə müraciət edib, lisenziya alan hər kəs öz məsuliyyətini dərk etməlidir: “Hələ təftiş komissiyası işini davam etdirir. Ümumiyyətlə, istənilən əməliyyatın ağırlaşması var, dünya statistikasında da bu göstərilib. İstənilən əməliyyatdan sonra ağırlaşma ola bilər. Heç bir həkim istəməz ki, xəstəsinin vəziyyəti pisləşsin. Xəstənin bütün analizləri yoxlanılır, bütün müayinələr edilir. Hansısa bir dərmana qaşı allergik reaksiyası varmı, araşdırılır. Nə qədər ki, həyat var, əməliyyatlar var, ağırlaşmaların da olması labüddür, qaçılmazdır. Yalnız təftişlə bunu aradan qaldırmaq mümkün deyil. Burada söhbət ondan gedir ki, klinika şəraiti olmayan mühitdə, kabinetlər, kosmetoloji mərkəzlərdə ağır əməliyyatlar edirdilər. Onların qarşısını almaq lazım idi”. 

Həkim deyib ki, gözəllik salonlarında iynə prosedurlarının (mezoterapiya) olması da təhlükəldir: “Hansısa bir yad maddəni orqanizmə vurulanda allergik reaksiya verə bilər, o salonlarda bunun qarşısını ala bilməzlər. İndi stomatoloji mərkəzlərdə diş çəkilməsinə belə qadağa edilir. Klinika şəraitində olmalıdır. Çünki onların hamısı cərrahi proseduralardır”.

Son olaraq həkimlərin dediklərindən belə qənaətə gəlmək olar ki, əgər nazirlik plastik cərrahlara lisenziya verirsə, bu, dolayısı ilə onların peşəkar keyfiyyətinə zəmanət verdiyi anlamına gəlir. Ancaq konkret bir həkimin səhvi nəticəsində baş verən fəsadlara görə birbaşa nazirliyin hüquqi məsuliyyət daşıması sual altındadır. Adətən belə hallarda məsuliyyət həkimin öz üzərinə düşür, çünki səhiyyə praktikasında fərdi peşəkar fəaliyyət və onun nəticələri mütəxəssisin bilik və bacarıqlarına bağlıdır. Buna baxmayaraq, nazirlik sistemin şəffaf və etibarlı işləməsini təmin etməlidir. Əgər lisenziya verilmiş bir həkimin ciddi səhvləri və ya qeyri-peşəkarlığı aşkar olunarsa, həmin mütəxəssisin fəaliyyətinin dayandırılması və ya cəzalandırılması üçün mexanizmlər işlənməlidir. Bundan əlavə, plastik cərrahların fəaliyyətinə davamlı nəzarət sistemi yaradılmalıdır ki, insanların inamı bərpa olunsun.

Digər tərəfdən, cəmiyyətin bu sahəyə inamını bərpa etmək üçün təkcə lisenziya verilməsi yetərli deyil. Təcrübədə sübut olunmuş keyfiyyət standartları, vətəndaşların şikayətlərinə operativ baxılması və pasiyentlərin hüquqlarının qorunması kimi addımlar atılmalıdır. Əgər bu sistem effektiv işləyərsə, plastik cərrahiyə sahəsində həm xidmət keyfiyyəti artar, həm də insanların etimadı bərpa olunar.

Məlumat üçün bildirək ki, son dövrlərdə Azərbaycanda plastik cərrahiyyə sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Yanvarın 31-nə qədər fəaliyyət göstərən bütün plastik və estetik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarını təsdiq edən sənədləri Səhiyyə Nazirliyinə təqdim etmələri tələb olunub. Bu tədbir, yalnız sənədlərini təqdim edən cərrahlara fəaliyyət icazəsi veriləcəyini nəzərdə tutur. Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən saxta plastik cərrahların fəaliyyətinə qarşı birgə araşdırmalar aparılıb. Bu çərçivədə, diplomları olmayan və ya saxta sənədlərlə fəaliyyət göstərən şəxslər müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində 18 fakt aşkar edilib və müvafiq tədbirlər görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 28 Fevral 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri