Icma.az
close
up
RU
975 müəllim direktorların işə qəbulu müsahibəsinə buraxıldı

975 müəllim direktorların işə qəbulu müsahibəsinə buraxıldı

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən ilin oktyabr-noyabr aylarında direktorların işə qəbulu üzrə müsabiqənin ərizə qəbulu mərhələsi olub. Müsabiqəyə ümumilikdə 3036 nəfər müraciət edib, onların arasında müsabiqə qaydalarına uyğun, habelə ixtisas bilikləri imtahanından uğurla keçmiş ümumilikdə 975 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, müsahibə mərhələsinə namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət edilir.
Ardıcıllıqlar namizədin müraciət etdiyi təhsil müəssisəsinin şagird sayından asılı olaraq dəyişir. Namizədlərin liderlik və strateji idarəetmə bacarıqları, pedaqoji və tədris bacarıqları, idarəçilik və təşkilatçılıq bacarıqları, ünsiyyət və əlaqə bacarıqları, problemlərin həlli və qərarvermə bacarıqları, rəqəmsal və texnoloji bacarıqları, sosial və emosional bacarıqları daxil olmaqla ümumilikdə 7 meyar üzrə bacarıqları müvafiq komissiya üzvləri tərəfindən qiymətləndirilir. Komissiyyaların rəyinə əsasən, direktor vəzifəsinə uyğun olan namizədlər ardıcıllığa müvafiq olaraq iddia etdikləri təhsil müəssisələrinə təyin ediləcəklər.

Şagird sayı 501-dən çox olan müəssisələrə, eləcə də lisey, gimnaziya, internat tipli lisey və internat tipli gimnaziyalar üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı aşağıdakı kimidir:

1. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktorlar, vakansiyanın mövcud olduğu müəssisədə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

2. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

3. vakansiyanın mövcud olduğu müəssisələrdə çalışan müəllimlər;

4. vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

5. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

6. müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Şagird sayı 500-dək olan müəssisələr üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı isə aşağıdakı formadadır:

1. vakansiyanın mövcud olduğu təhsil müəssisəsində çalışan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar və müəllimlər;

2. vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

3. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

4. vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

5. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

6. müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan namizədlərin vakant müəssisələrə təyin edilməsinin də yuxarıdakı ardıcıllığa müvafiq olaraq keçirilməsini nəzərə alaraq bütün vakansiyalar üzrə yuxarıda göstərilən mərhələlərin hər birinin keçirilməsi zəruri deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri