Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

A Seriyası: Roma klubları liderlik uğrunda, “Yuventus” təqibdə in İCMALI

A Seriyası: Roma klubları liderlik uğrunda, “Yuventus” təqibdə in İCMALI

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İtaliya futbol çempionatında liderlik uğrunda mübarizə getdikcə gərginləşir. Hələlik bu mübarizənin əsas iştirakçıları paytaxt təmsilçiləridir.

İdman.Biz xəbər verir ki, turnir cədvəlinə 32 xalla başçılıq edən “Latsio” ən yaxın izləyicisi “Roma”nı 2, son çempion “İnter”i 3, “Milan”ı isə 5 xal qabaqlayır. İlk dördlüyə yaxın mövqedə qərarlaşan “Komo” (26 xal) isə İtaliya futbolunda formalaşmış ənənəvi güc balansını dəyişməkdə davam edir.

Turnir cədvəlinin aşağı pillələrində də gərgin vəziyyət hökm sürür. Sonuncu yerdə olan “Udineze” ilə 14-cü pillədəki “Montsa” arasında cəmi 4 xal fərq var. Bu baxımdan “Udineze” ilə “Fiorentina” arasında keçiriləcək qarşılaşma xüsusi əhəmiyyət daşıyır.

“Torino” – “Latsio”

Cennaro Qattuzonun rəhbərlik etdiyi “Latsio” İtaliya çempionatında qələbəyə görə 3 xal sisteminin tətbiqindən bəri ən uğurlu startını göstərir. Roma təmsilçisi 12 turda 10 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Komanda cəmi 9 qol buraxmaqla A Seriyasının ən etibarlı müdafiəsinə malikdir.

Ötən tur doğma meydanda “Leççe”ni 3:0 hesabı ilə darmadağın edən “Latsio” bu dəfə çətin günlər keçirən rəqibinin qonağı olacaq. İqnatsio Abatenin komandası çempionatın son 4 oyununda cəmi 1 xal toplayıb. Komanda əvvəlki turda “Napoli”yə 0:1 hesabı ilə uduzub.

Səfər oyunlarındakı nəticələr də paytaxt təmsilçisinin üstünlüyünü göstərir. “Qartallar” cari çempionatda keçirdikləri 6 səfər matçında mümkün 18 xaldan 16-nı qazanıblar. Bu, A Seriyasında ən yaxşı göstəricidir.

Qarşılaşmaya maraq qatan məqamlardan biri də baş məşqçilərin münasibətidir. Abate və Qattuzo vaxtilə “Milan”da birgə çıxış ediblər. Daha sonra isə hazırda “Latsio”ya rəhbərlik edən Qattuzo keçmiş komanda yoldaşının məşqçisi olub.

Turində qələbə qazanacağı təqdirdə “Latsio” digər rəqiblərinin nəticələrindən asılı olmayaraq liderliyini qoruyacaq.

“İnter” – “Cenoa”

Cəmi bir neçə həftə əvvəl İtaliya çempionunun Skudetto uğrunda mübarizədə təşəbbüsü ələ alacağı düşünülürdü. Lakin Kristian Kivunun komandası son 3 turda cəmi 4 xal toplayaraq hər iki Roma klubunun onu qabaqlamasına imkan verib.

Milan təmsilçisi üçün ən ağrılı xal itkisi Berqamoda yaşanıb. “İnter” 2:4 hesabı ilə öndə olduğu matçda “Atalanta”nın hesabı bərabərləşdirməsinə mane ola bilməyib – 4:4. Bununla belə, “neradzurri” həftəiçi UEFA Çempionlar Liqasında Almaniyanın “Ştutqart” komandasını 2:0 hesabı ilə məğlub edərək əhvalını yaxşılaşdırıb.

Qarşıdakı rəqib də xüsusi diqqətə layiqdir. Daniele De Rossinin rəhbərlik etdiyi “Cenoa” çempionatın son 7 matçının 5-də qalib gəlib. Komanda ardıcıl iki səfər oyununda da qələbə qazanıb. Son turda isə “Sassuolo”nu 2:0 hesabı ilə üstələyib.

Bununla belə, komandaların Milandakı qarşılaşmalarının statistikası qonaqlar üçün ümidverici deyil. “İnter” A Seriyasında “Cenoa”ya qarşı son 12 ev oyununda ümumi 30:2 hesabı ilə qalib gəlib. Bundan başqa, Milan təmsilçisi cari mövsümdə öz meydanında keçirdiyi bütün 6 oyunda qələbə qazanan yeganə komandadır.

Kivu üçün müəyyən çətinliklər heyətlə bağlı problemlər yaradır. Belə ki, “İnter” bu qarşılaşmada Hakan Çalhanoğlunun xidmətindən yararlana bilməyəcək. Alessandro Bastoninin əzələ problemi isə baş məşqçini müdafiə xəttində də dəyişiklik etməyə məcbur edə bilər.

“Komo” – “Yuventus”

Yəqin ki, bir neçə il əvvəl bu komandaların A Seriyasının mərkəzi qarşılaşmalarından birində üz-üzə gələcəyini və məhz “Yuventus”un rəqibini təqib edən tərəf olacağını çoxları təsəvvür etməzdi.

Sesk Fabreqasın komandası Turin təmsilçisini 5 xal qabaqlayır. Qələbə qazanacağı təqdirdə “Komo” bu fərqi 8-ə çatdıra bilər. Bu isə İtaliyanın ən titullu klublarından birinin Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə vəziyyətini xeyli çətinləşdirəcək.

“Komo” çempionatın son 6 matçında 5 qələbə qazanıb. Komanda bu müddətdə yalnız “İnter”ə uduzub. Fabreqasın yetirmələri doğma meydanda da demək olar ki, məğlubedilməzdirlər. Belə ki, 5 ev oyununda 4 qələbə və 1 heç-heçə qeydə alınıb. Bu matçlarda komanda cəmi 1 qol buraxıb.

Luçano Spalettinin rəhbərlik etdiyi “Yuventus” isə vəziyyəti tədricən düzəltməyə başlayıb. Turinlilər son 3 turda “Napoli”ni 2:0, “Venetsiya”nı 4:0 hesabı ilə məğlub edib, “Fiorentina” ilə isə 2:2 hesablı heç-heçə oynayıblar.

Bununla belə, heyət problemləri Turin təmsilçisi üçün ciddi sınağa çevrilə bilər. İtaliya mətbuatının məlumatına görə, Spaletti qarşıdakı oyunda Kenan Yıldız, Kefren Tyuram və Manuel Lokatellinin xidmətindən yararlana bilməyəcək.

Maraqlıdır ki, “Komo” ötən mövsüm “Yuventus”la çempionat çərçivəsində keçirdiyi hər iki oyunda eyni – 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, qarşıdakı görüş Turin klubu üçün yalnız Çempionlar Liqası zonasına yaxınlaşmaq deyil, həm də ötən mövsümün uğursuzluqlarının əvəzini çıxmaq baxımından əhəmiyyətlidir. Fabreqasın komandası üçün isə bu matç İtaliya futbolunun liderləri sırasında yer almasının təsadüf olmadığını bir daha sübut etmək fürsətidir.

“Kalyari” – “Milan”

Cari mövsümdə yeganə məğlubiyyətini “Bolonya”dan alan Ruben Amorimin komandası bundan sonra ardıcıl 3 qələbə qazanıb. Bu qələbələrdən biri prinsipial rəqib “İnter” üzərində əldə edilib. Ötən turda isə “Milan” “Frozinone”ni 5:1 hesabı ilə darmadağın edib.

12 turdan sonra 28 qol vuran Milan təmsilçisi 1992/93 mövsümündən bəri çempionatın bu mərhələsində ən yüksək məhsuldarlıq göstəricisinə nail olub.

“Kalyari”nin vəziyyəti isə o qədər də ürəkaçan deyil. Sardiniya təmsilçisi son 6 turun 5-də məğlub olub. Ötən həftə səfərdə “Komo”ya 0:2 hesabı ilə uduzub. Bununla belə, Fabio Pizakanenin komandası doğma meydanda kifayət qədər etibarlı təsir bağışlayır. “Kalyari” 5 ev oyununda cəmi 4 qol buraxıb. Bu göstəricidə ondan yalnız “Komo” öndədir.

Qarşılaşma Daniel Maldini üçün də xüsusi əhəmiyyət daşıyır. “Milan”ın yetirməsi, əfsanəvi müdafiəçi Paolo Maldininin oğlu olan futbolçu hazırda “Kalyari”nin ən məhsuldar oyunçusudur. O, komandasının çempionatda vurduğu 10 qolun 5-nə imza atıb.

“Milan” isə cari mövsüm A Seriyasında səfər oyunlarında hələ məğlubiyyətlə üzləşməyib. Qarşılaşmada qələbə qazanacağı təqdirdə Amorim komandasının ardıcıl qələbələrinin sayını 4-ə çatdıracaq və liderlər qrupuna yaxın mövqeyini qoruyacaq.

A Seriyası

13-cü tur

Bütün oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

27 noyabr

23:45. “Venetsiya” – “Bolonya” – 0:0

28 noyabr

18:00. “Frozinone” – “Parma”

21:00. “Torino” – “Latsio”

23:45. “İnter” – “Cenoa”

29 noyabr

15:30. “Udineze” – “Fiorentina”

18:00. “Sassuolo” – “Napoli”

21:00. “Roma” – “Montsa”

23:45. “Komo” – “Yuventus”

30 noyabr

21:30. “Leççe” – “Atalanta”

23:45. “Kalyari” – “Milan”

Turnir cədvəli

1. “Latsio” - 32 xal
2. “Roma” - 30 xal
3. “İnter” - 29 xal
4. “Milan” - 27 xal
5. “Komo” - 26 xal
6. “Yuventus” - 21 xal
7. “Frozinone” - 20 xal
8. “Bolonya” - 19 xal
9. “Napoli” - 18 xal
10. “Cenoa” - 16 xal
11. “Kalyari” - 16 xal
12. “Atalanta” - 15 xal
13. “Torino” - 14 xal
14. “Montsa” - 10 xal
15. “Leççe” - 10 xal
16. “Fiorentina” - 9 xal
17. “Parma” - 8 xal
18. “Sassuolo” - 8 xal
19. “Venetsiya” - 7 xal
20. “Udineze” - 6 xal.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri