Anarın köçürülməsini istədiyi heykəl yenidən gündəmdə Görünüşü dəyişdi
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İçərişəhərdə, əvvəllər "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yerləşdiyi binanın qarşısında ucaldılan Həsən bəy Zərdabinin heykəli yenidən üzə çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, binada aparılan təmir işləri başa çatdıqdan sonra bir müddət bağlı saxlanılan heykəldə dəyişikliklər qeydə alınıb.
Abidə təmizlənərək əvvəlki görünüşündən fərqli vəziyyətə gətirilib. Əvvəlki fotolarda heykəlin səthi yaşılımtıl rəngdə olduğu halda, hazırda boz rəngdə görünür. Müqayisə üçün təqdim etdiyimiz fotolardan da aydın olur ki, abidənin səthi təmizlənib və görünüşündə dəyişiklik yaranıb. Online shopping Azərbaycan
Xatırlatma: Həsən bəy Zərdabinin heykəlini mərhum heykəltəraş Elmira Hüseynova hazırlayıb. Bürünc, təxminən 4 metr hündürlüyündə olan abidə 1979-cu ildə İçərişəhərdə ucaldılıb. Heykəldə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ağacın altında oturmuş vəziyyətdə, əlində qəzetlə təsvir olunub.
Ötən ilin dekabrında Xalq yazıçısı Anar Rzayev heykəlin hazırkı yerindən köçürülməsini təklif etmişdi. O bildirmişdi ki, əvvəllər Ensiklopediya binasının birinci mərtəbəsində hazırda restoran fəaliyyət göstərir. Buna görə də Zərdabinin heykəlinin həmin məkanda qalması məntiqə uyğun hesab etməyən AYB sədri onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin bağına köçürülməsini təklif etmişdi.
“İndi Zərdabi orada restoranın qapıçısı kimi görünür”, – deyə Xalq yazıçısı fikrini əsaslandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 28 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















