Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Yalçın Rəfiyev BSU da tələbələrlə görüş keçirib

Yalçın Rəfiyev BSU da tələbələrlə görüş keçirib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələrlə görüşü keçirilib. “COP29-dan sonra gənclərin iqlim fəaliyyətindəki rolu, dayanıqlı inkişaf sahəsində gənc təşəbbüslər üçün imkanlar və gələcək əməkdaşlıq istiqamətləri” mövzusuna həsr olunan görüş çərçivəsində iqlim fəaliyyəti, dayanıqlı inkişaf və bu istiqamətdə gənclərin təşəbbüslərinin əhəmiyyəti müzakirə edilib.

XQ xəbər verir ki, görüş “COP29-dan sonra: Gənclərin İqlim Fəaliyyəti və Dayanıqlı İnkişafa Töhfəsi” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Bakı Slavyan Universitetinin 80 illik yubileyinə toxunaraq, universitetin ölkənin müxtəlif sahələrinin inkişafına töhfə verən onlarla, yüzlərlə, minlərlə yüksəkixtisaslı kadr hazırladığını vurğulayıb. O qeyd edib ki, universitet slavyan, Şərqi və Qərbi Avropa, eləcə də Mərkəzi Asiya dillərinin və mədəniyyətlərinin öyrənilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Azərbaycan dilinin və mədəniyyətinin qlobal miqyasda təbliğini də əsas missiyalarından biri kimi müəyyənləşdirib. Rektor bu istiqamətdə universitetin beynəlxalq tərəfdaş ali təhsil müəssisələrində fəaliyyət göstərən Azərbaycanşünaslıq mərkəzlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Anar Nağıyev, həmçinin COP29-un Azərbaycanın beynəlxalq mövqeyini nümayiş etdirən mühüm hadisələrdən biri olduğunu qeyd edərək, bu tədbirin ölkənin ali təhsil müəssisələrində, o cümlədən Bakı Slavyan Universitetində müxtəlif elmi və maarifləndirici təşəbbüslərə təkan verdiyini diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində ənənəvi olaraq keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri: yeni dövrün Azərbaycana baxışı” mövzusunda konfransın 2024-cü ildəki bölmələrindən birinin “Yaşıl iqtisadiyyat”, COP29 və bu istiqamətdə həyata keçirilən xarici siyasət alətlərinə həsr olunduğunu xatırladıb. Rektor həmin tədbirdə Yalçın Rəfiyevin dövlət siyasətinin müxtəlif istiqamətlərinə dair məruzə ilə çıxış etdiyini də qeyd edib.

Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli çıxışında gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişaf prosesində iştirakının əhəmiyyətinə toxunub. O, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, eləcə də sosial və ekoloji yönümlü layihələrin həyata keçirilməsi üçün yaradılan imkanlardan bəhs edib. Pərviz Mirələmli, həmçinin Gənclər Fondunun gənclərin potensialının üzə çıxarılması, təşəbbüskarlığının artırılması və onların cəmiyyətin inkişafında fəal iştirakının təşviqi istiqamətində həyata keçirdiyi proqram və layihələrin əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-dan sonra gənclərin iqlim fəaliyyətindəki rolu, dayanıqlı inkişaf sahəsində gənc təşəbbüsləri üçün imkanlar və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda çıxış edib.

Yalçın Rəfiyev çıxışında COP29-un Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı roluna və qlobal iqlim gündəliyinin inkişafına verdiyi töhfələrə diqqət çəkib. O, iqlim dəyişmələrinin yaratdığı çağırışların aradan qaldırılmasında beynəlxalq həmrəyliyin, birgə fəaliyyətin və bütün maraqlı tərəflərin fəal iştirakının vacibliyini vurğulayıb.

Nazir müavini gənclərin iqlim dəyişmələri ilə mübarizədə yalnız proseslərin iştirakçısı deyil, eyni zamanda yeni ideyaların, innovativ yanaşmaların və təşəbbüslərin müəllifləri kimi çıxış etməsinin əhəmiyyətini qeyd edib. Bu baxımdan, gənclərin beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsi, qərarqəbuletmə proseslərinə cəlb olunması və onların təşəbbüslərinin praktiki nəticələrə çevrilməsi dayanıqlı inkişafın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib.

Yalçın Rəfiyev, həmçinin COP29-dan sonrakı mərhələdə əldə olunmuş nəticələrin davamlılığının qorunmasının, gənclərin iqlim fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini önə çəkib. O, dayanıqlı gələcəyin formalaşdırılmasında gənclərin bilik, potensial və təşəbbüslərinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr Yalçın Rəfiyevə mövzu ilə bağlı suallar ünvanlayıb, nazir müavini onları maraqlandıran məsələləri cavablandıraraq tələbələrlə fikir mübadiləsi aparıb.

Tacir SADIQOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri