Icma.az
close
up
RU
AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?

AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) dövlət büdcəsindən ayrılmış vəsaiti vətəndaşlara vermək istəmir. Baxmayaraq ki, bu barədə məhkəmə qərarı da var. Lakin adıçəkilən qurum, hətta məhkəmənin də qərarını icra etmir.

Gununsesi.info -nun məlumatına görə Bizimyol.info xəbər verir ki, söhbət Novxanı-Pirşağı dənizkənarı avtomobil yolunun tikintisi zamanı söküləcək mülklərə görə ödəniləcək kompensasiyalardan gedir.

Prezidentin 17 yanvar 2014-cü il tarixli sərəncamı, 2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən, “Novxanı-Pirşağı” dənizkənarı avtomobil yolunun layihələndirilməsi və tikintisi “Azəryolservis” ASC tərəfindən həyata keçirilib. Bu layihə çərçivəsində tikinti altına düşən mülklər, torpaq sahələrilə bağlı da hesablama aparılıb. O zaman qiymətləndiricilər 77 mülkiyyətçi üçün 1 milyon 47 min 911 manat kompensasiya hesablayıb. Bu məsələ Maliyyə Nazirliyi ilə də razılaşdırılıb.

“Novxanı-Pirşağı” dənizkənarı avtomobil yolu çoxdan istifadəyə verilsə də, AAYDA yolun çəkilişi zamanı dövlət ehtiyacı əsası ilə əmlakı əlindən alınmış vətəndaşın kompensasiyasını ödəmir. Məsələn, Novxanı bağ massivində 1106k nömrəli bağın ümumi 0.12 hektar sahəsinin ½ hissəsi tikinti altına düşüb. Torpaq sahibi buna görə kompensasiya tələb eləsə də, ona pul ödəməkdən imtina olunub. Bu səbəbdən mülkiyyətçi məhkəmədə iddia qaldırıb. O, mülkiyyət hüququnun pozulduğunu göstərib və kompensasiya ödənilməsini tələb edib.

Məsələ ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində araşdırma aparılıb. Hakim vətəndaşı haqlı sayıb və qərar verib ki, vətəndaşa məxsus bağ sahəsinin 0,04 hektar hissəsi avtomobil yolunun tikintisinə düşdüyünə görə ona 30 min manat kompensasiya ödənilməlidir.

Bu məhkəmə qərarının çıxarılmasından 1 ildən çox vaxt keçir. AAYDA məhkəmənin qərarını icra eləməkdən imtina edib. Arqumenti isə budur ki, həmin torpaq sahəsi sahibinə 2005-ci ildə icarə müvafiq dövlət qurumları tərəfindən 10 illik icarə müqaviləsi əsasında verilmişdi. Tikinti aparılanda isə icarə müqaviləsinin vaxtı bitmişdi. Bağ sahibinin əlində isə həmin əmlaka mülkiyyət hüququnu təsdiqləyən çıxarış var.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Aprel 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri