AB Ermənistan DİN də islahatlar aparır
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan daxili işlər naziri Arpin Sərkisyan AB-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqosla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sərkisyan AB-yə Daxili İşlər Nazirliyində və onun tabeliyindəki xidmətlərdə aparılan islahatlara fəal dəstəyinə görə minnətdarlığını bildirib. Maraqos isə qeyd edib ki, AB islahatlar prosesinə dəstəyini davam etdirməyə və genişləndirməyə hazırdır.
AB səfiri ilk viza liberallaşdırılması üzrə qiymətləndirmə missiyası ilə aparılan birgə işi həm təşkilati, həm də məzmun baxımından yüksək qiymətləndirib. İkinci qiymətləndirmə missiyasına hazırlıq zamanı görüləcək tədbirlər də planlaşdırılıb.
Görüşün sonunda tərəflər əməkdaşlığın gələcək istiqamətlərini və islahatların səmərəli həyata keçirilməsinin davam etdirilməsi üçün qarşıda duran fəaliyyətləri müəyyən edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















