Icma.az
close
up
RU
Hemilton Leklerlə qalmaqalın pərdəarxasını açdı: gizli görüşün detalları

Hemilton Leklerlə qalmaqalın pərdəarxasını açdı: gizli görüşün detalları

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton “Ferrari”dəki komanda yoldaşı Şarl Leklerlə aralarında yaranan gərginliyin aradan qaldırıldığını açıqlayıb.

İdman.Biz “GPblog” nəşrinə istinadən xəbər verir ki, britaniyalı pilot Braziliya Qran-prisindən sonra komanda rəhbəri Frederik Vassörün təşəbbüsü ilə keçirilən görüşün detallarını bölüşüb.

Pilotlar arasında narazılıq Meksika Qran-prisinin ilk dövrəsində yaşanan insidentdən sonra yaranıb. Lekler dördüncü döngədə Hemiltonu xarici trayektoriya ilə ötməyə çalışarkən hər iki pilot trasdan kənara çıxıb. Monakolu sürücü otluq sahədən keçərək komanda yoldaşının önündə yarışa qayıdıb.

Bu mübarizədən Maks Ferstappen yararlanaraq yarışı qazanıb. Lekler isə trasdan kənarda üstünlük əldə etdiyinə görə beş saniyəlik cərimə alıb.

Hadisədən narazı qalan Hemilton “Ferrari” pilotları arasında trasdakı mübarizəni tənzimləyən qaydaların daha dəqiq müəyyənləşdirilməsini tələb edib.

Braziliya Qran-prisindən əvvəl Vassör hər iki pilotu görüşə çağıraraq komandanın maraqlarının şəxsi rəqabətdən üstün tutulmasının vacibliyini vurğulayıb.

Hemilton görüşün necə keçdiyini belə izah edib:

“Artıq hər şey qaydasındadır. Fred bizi bir araya gətirdi. Görüşdə çox yaxşı vasitəçilik etdi, sonra isə məni və Şarlı tək buraxdı ki, məsələləri öz aramızda müzakirə edək. Açıq və səmimi söhbətimiz oldu. Hər şey yolundadır, artıq diqqətimizi qarşıdakı yarışlara yönəldirik”.

Britaniyalı pilot San-Paulu Qran-prisində üzləşdiyi çətinliklərdən də danışıb. O, ilk dövrədə təxminən 11 pillə irəliləsə də, sonradan arxa təkərlərin sürətlə aşınması səbəbindən bolidin idarəetməsində ciddi problemlər yaşayıb.

Yarışın sonlarına yaxın yenidən başlayan yağış britaniyalı pilotun fırlanmasına da səbəb olub. Hemilton birinci döngədə trasın nə qədər islandığı barədə vaxtında məlumat almadığını söyləyib.

Bütün çətinliklərə baxmayaraq, təcrübəli pilot komandasının əməyini yüksək qiymətləndirib və “Ferrari”nin Konstruktorlar Kubokunda ikinci yeri qorumasının vacibliyini vurğulayıb.

“İkinci pilləni qorumaq üçün çalışmalıyıq. Çünki bu nəticə fabrikdə çalışan hər kəs üçün böyük əhəmiyyət daşıyır. Onlar buna layiqdirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Noyabr 2026 05:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri