Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 9 noyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri yekunlaşıb.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 27-də start verilən aksiya çərçivəsində vətəndaşlara müxtəlif ünvanlarda pulsuz hüquqi yardım göstərilib.
Belə ki, ötən həftə ərzində Bakı şəhəri 25, 26 və 27 saylı Vəkil büroları tərəfindən “Açıq qapı” günləri təşkil olunub.
Bundan başqa, 8 Noyabr – Zəfər Günü münasibətilə Vəkillər Kollegiyası tərəfindən respublika üzrə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı” günü keçirilib.
Aksiya çərçivəsində “Pro Bono”, Bakı şəhəri 10 saylı, Gəncə Regional, Şəki Regional, Şirvan Regional və Mingəçevir şəhər Vəkil bürolarının vəkilləri vətəndaşlara pulsuz hüquqi yardımlar göstəriblər.
Aksiyalar zamanı ümumilikdə 100-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri və digər sosial problemlərlə bağlı olub. Müraciətlər əsasında vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri hüquqi sənədlər, o cümlədən yazılı ərizələr hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 09 Noyabr 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















