AB Əsəd rejiminin qaçan şəxslərinə qapını bağladı Sikorski
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Avropa ölkələri Suriyanın keçmiş hakimiyyət orqanlarının nümayəndələrinin Avropaya qaçmasının qarşısını almaq üçün Suriya vətəndaşlarının sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Bəzi dövlətlər, mənim başa düşdüyüm qədər, hazırda Bəşər Əsəd rejiminin qaçan nümayəndələrinə sığınacaq hüququ verməmək üçün sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlir”, - nazir bildirib.
Qeyd edək ki, daha öncə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Kipr, Norveç, Polşa, Finlandiya, Xorvatiya, Çexiya, İsveçrə, İrlandiya və Yunanıstan suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdıqlarını bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Dekabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















