Icma.az
close
up
RU
AB ilə ABŞ arasında ticarət sazişi sabahdan qüvvəyə minəcək

AB ilə ABŞ arasında ticarət sazişi sabahdan qüvvəyə minəcək

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

Aİ-nin ötən il ABŞ ilə əldə etdiyi ticarət razılaşmasının müddəaları 1 iyulda qüvvəyə minəcək.

Banco.az xəbər verir ki, Aİ ilə ABŞ arasında ticarət sazişini qanuni olaraq həyata keçirən əsas tənzimləmə Aİ-nin Rəsmi Jurnalında dərc edilib.

Buna uyğun olaraq, sabahdan etibarən Aİ ABŞ istehsalı olan çoxsaylı sənaye məhsullarına tətbiq etdiyi tarifləri qaldıracaq.

Bundan əlavə, ABŞ-dan idxal edilən müxtəlif kənd təsərrüfatı və dəniz məhsulları üçün güzəştli bazar çıxışı təmin ediləcək.

Hazırda Aİ-ABŞ ticarət müqaviləsi 31 dekabr 2029-cu ilə qədər qüvvədədir.

Sazişə həmçinin Aİ-nin iqtisadi maraqlarını qorumaq üçün müxtəlif təminat mexanizmləri daxildir. ABŞ ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməsə, Aİ təqdim etdiyi tarif güzəştlərini dayandıra bilər.

Lazım gələrsə, Aİ Komissiyası tərəfindən aparılan hərtərəfli qiymətləndirmədən sonra tənzimləmənin müddətini uzatmaq üçün yeni qanunvericilik təklifi hazırlanacaq.

Aİ ilə ABŞ arasında ticarət sazişi danışıqları 2025-ci ilin iyul ayında ABŞ prezidenti Donald Trampa məxsus Şotlandiyadakı Turnberry qolf meydançasında başa çatıb.

Sazişə əsasən, Aİ ölkələri ABŞ məhsullarına tarif tətbiq etməmək barədə razılığa gəliblər, ABŞ isə Aİ məhsullarına 15 faiz tarif tətbiq edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 İyun 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri