Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

AB nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!

AB nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!

Icma.az bildirir, Axar.az portalına istinadən.

Avropa Birliyi-Mərkəzi Asiya ölkələrinin Səmərqənd sammiti və yunan Kiprinin suverenliyinin dəstəkləndiyi yekun bəyannamə türk dünyasının qarşıdurması kimi görünsə də, əslində baş verənləri Orta dəhlizdə davam edən mübarizənin tərkib hissəsi adlandırmaq daha doğru olardı. Üzərində fokuslanan Kipr məsələsi isə bu mübarizədə AB tərəfindən tələ kimi istifadə olunur.

Sammitin yekun bəyannaməsində “BMT Təhlükəsizlik Şurasəının 541 (1983) və 550 (1984) saylı qətnaməsinə öhdəlik təsdiqlənir”. 40 il öncə qəbul edilmiş bu qətnamələr yunan Kiprinin suverenliyini qoruyur, adada türk dövlətini qəbul etmir. Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) yunan Kiprində səfirlik açması və bu qətnaməni dəstəkləməsi iki mənfi perspektiv yaradır:

- Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini Türk Dövlətləri Təşkilatında tanıtmaq istiqamətindəki səylərinə ziyan vurur;

- TDT-də birliyin perspektivləri zərər görür, türk dünyasındakı dərin inteqrasiya planları zəifləyir.

Dörd türk dövlətinin yunan Kiprinə dəstək verərək, AB ilə münasibətləri gücləndirmək və ŞKTC-ni dəstəkləmək qarşılığında balans yaratmaq niyyəti istisna edilməməlidir. Hərçənd AB-nin planları fonunda Kipr məsələsi Türkiyəyə, ümumilikdə TDT-yə qarşı tələyə çevrilir. Brüsselin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda Kipr amilindən istifadə etməsi – bunun dəstək qarşılığında şərt olduğu bəlidir - Orta dəhlizdə möhkəmlənmək məqsədilə məhz TDT-də fikir ayrılığını yaratmağa – Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyi parçalamağa hesablanıb.

Bu planda faktiki iştirakçıya çevrilən Mərkəzi Asiya ölkələri üçün Brüssellə əlaqələr Avropa bazarına çıxış əldə etməklə yanaşı, xarici investisiyaları (12 milyard avroluq investisiya paketi qəbul olunub) cəlb etmək, həm də Rusiya və Çinlə münasibətlərdə alternativ güc mərkəzi tapmaq baxımından önəmlidir. Avropa Birliyi üçün Mərkəzi Asiyanın önəmi isə daha böyükdür, xüsusilə Tramp Amerikasının mövcud siyasəti fonunda.

İqtisadi əhəmiyyət

- Ukrayna müharibəsinin başlanmasından sonra itirdikləri Rusiya bazarını Mərkəzi Asiya bazarı hesabına kompensasiya etməyə çalışırlar;

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha geniş şaxələndirməyə nail ola bilərlər;

- Mərkəzi Asiyanın nadir torpaq metalları AB üçün xammal ola bilər;

- Çinlə ticarət əlaqələrində Mərkəzi Asiya səmərəli marşrut rolunun oynayır.

Siyasi əhəmiyyət

Ukrayna müharibəsi və ABŞ-Rusiya anlaşması fonunda geosiyasi güc mərkəzi olmaq planına risklər yaranan AB üçün Mərkəzi Asiya regionu həm Çinlə əməkdaşlıq marşrutunun nəzarətindən çıxmaması, həm Moskvaya qarşı mübarizə, həm də Vaşinqton qarşısında mövqelərini itirməmək baxımından əhəmiyyətlidir. Brüssel Orta dəhlizin Mərkəzi Asiya habında güclənməklə geosiyasi mövqelərini saxlamağa çalışır. Və bununla,

- Orta dəhlizdə ABŞ-Çin rəqabətinin həlledici amilinə çevrilməyə,

- Türkiyənin TDT üzərindən bu dəhlizi nəzarətə götürməyinə

- və Türkiyə üzərindən AB-nin rəqiblərinin (ABŞ və Britaniya: hər iki ölkənin fərqli yanaşması olsa da, AB-yə qarşı ortaq mövqeyə malikdirlər) dəhlizdə güclənməsinə mane olmağa çalışırlar.

Əks halda, Brüsselin Pekinlə birbaşa əlaqə xətti digər oyunçuların təsirinə düşəcək və AB-nin geosiyasi proseslərdə rolu rəqiblərinin icazə verdiyi qədər olacaq.

Orta dəhlizin əsas hab mərkəzlərindən olan Azərbaycan və Türkiyənin AB ilə toqquşması təkcə Mərkəzi Asiyaya nəzarət uğrunda deyil, Cənubi Qafqazda kommunikasiyanın açılması üzərində də yaranır: Bakı-Ankara Çin-Avropa marşrutuna Zəngəzur dəhlizini daxil etmək istəyir. AB Ermənistanı tranzitə çevirməyin tərəfdarıdır, Ursula fon der Leyenin Səmərqənddə “Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması oyunu dəyişdirəcək” sözləri də bundan qaynaqlanırdı. AB Kipr tələsi ilə Türkiyə-Mərkəzi Asiya xəttində çatlar yaradaraq, təkcə Orta dəhlizdə mövqeyi gücləndirmir, həm də Ankaranı öz planına razı salmağı planlaşdırır.

Bunun mümkün olacağı – Mərkəzi Asiyanın Avropa bazarına çıxışı, AB-nin Orta dəhlizdə planlaşdırdığı qədər güclənməsi perspektivləri asan deyil. Çünki AB-Mərkəzi Asiya marşrutunda əsas keçid olan Bakı və Ankaranın razı olmadığı planın reallaşması sual altındadır.

Hərçənd Mərkəzi Asiyada müəyyən nəticə əldə edən AB-nin yeni həmlələri gözləniləndir:

1. TDT-də ziddiyyətləri dərinləşdirməyə və Ankaranı Brüssellə hesablaşmağa məcbur etməyə çalışacaq;

2. Ermənistana Bakı və Ankara qarşısında müqavimətini artırmaq məqsədilə dəstək davam etdiriləcək;

3. Azərbaycan-Ermənistan sülh sazişinin mövcud şərtlərdə - 17 maddəlik mətn üzərində imzalanması üçün Bakıya müxtəlif yollarla təzyiqi gücləndirəcək;

4. Mərkəzi Asiya ölkələrini Avropa bazarına çıxışının alternativ yollarını aktuallaşdıra bilər, xüsusilə İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu.

Bakı və Ankaranın əks-həmlələri tükənməyib:

- Türk coğrafiyasında parçalanmanın dərinləşməsinə imkan verməmək: hazırda Kipr məsələsinə görə tənqid olunan dörd türk dövləti ilə təmasların sıxlaşdırılacağı istisna deyil, TDT-nin Bakıda keçiriləcək rəsmi sammiti problemlərin aradan qaldırılması platforması ola bilər;

- Cənubi Qafqazda “açıq qapı” buraxmamaq: Bakı-Tiflis-Ankara xəttini möhkəmləndirmək və Ermənistanın müqavimətini qırmaq.

Baş verənlər Orta dəhlizdə mübarizənin daha açıq və kəskin mərhələdə davam edəcəyi gözləniləntisini ön plana çıxarır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri