Icma.az
close
up
RU
ABA prezidenti Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib

ABA prezidenti Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün, 14 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində qlobal liderləri “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusu ətrafında toplayıb.

Tədbir AMB-nin sədri Taleh Kazımovun açılış nitqi ilə başlayıb və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbirin II panelində çıxış edib və bank sektoru adından Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib.  

Bəyanat ““yaşıl” və dayanıqlı bankçılığın təşviqi”, “iqlim dəyişmələri ilə bağlı risklərin bank əməliyyatlarına inteqrasiyası”, “ESG Strategiyasının şəffaflığının və hesabatlılığının artırılması”, “dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq”, “potensialın artırılmasına və innovasiyalara dəstək” adlı müddəalardan ibarət olub. 

Zakir Nuriyev ayrı-ayrılıqda hər bir müddəaya toxunaraq bəyan edib:

1. ““Yaşıl” və dayanıqlı bankçılığın təşviqi

Azərbaycanda aşağı karbonlu, dayanıqlı iqtisadiyyata töhfə verən “yaşıl” layihələrə və dayanıqlı maliyyə təşəbbüslərinə dəstəyin artıracağıq. Bura ekoloji məsuliyyətli biznes təcrübələrini təşviq etmək üçün “yaşıl” kreditlər, dayanıqlılıqla əlaqəli kreditlər və ekoloji cəhətdən təmiz investisiya imkanları kimi bank məhsullarını hazırlanması və təklif edilməsi daxildir.

2. İqlim dəyişmələri ilə bağlı risklərin bank əməliyyatlarına inteqrasiyası

İqlim dəyişmələri ilə bağlı risklərin və imkanların risklərin idarə edilməsi çərçivələrimizə, kredit qərarlarımıza və strateji planlaşdırmamıza daxil edəcəyik. Bank fəaliyyətlərimizin milli və qlobal ekoloji məqsədlərə töhfə verməklə uzunmüddətli sabitliyi təmin edəcəyini bəyan edirik.

Ən sərfəli kredit üçün müraciət et

3. ESG Strategiyasının şəffaflığının və hesabatlılığının artırılması

Güclü “Ətraf mühit, sosial və idarəetmə (ESG) Strategiyası” qəbul etməklə bank fəaliyyətlərimizin şəffaflığının artırılması öhdəliyini götürürük. Kredit və investisiya portfellərimizin ətraf mühitə və cəmiyyətə təsirini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq müntəzəm açıqlayacağımızı bəyan edirik.

4. Dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq

Dayanıqlı iqtisadi inkişafı təşviq edən siyasət və təşəbbüsləri dəstəkləmək üçün tənzimləyicilər, siyasətçilər və digər maliyyə qurumları ilə sıx əməkdaşlıq edəcəyik. Biz bank sektorunun dayanıqlı gələcəyə töhfəsini artıran tərəfdaşlıqların qurulmasına kömək edəcəyimizi bəyan edirik.

5. Potensialın artırılmasına və innovasiyalara dəstək

Qurumlarımızda dayanıqlı maliyyə sahəsində potensialın və savadlılığın artırılmasına investisiya yatıracağıq. Biz dayanıqlı, iqlim dəyişmələrinə davamlı iqtisadiyyata keçidi dəstəkləyən bank xidmətlərində və texnologiyalarda innovasiyaları təşviq edəcəyik”. 

Eyni zamanda Zakir Nuriyev çıxışda bəyanatın 6-cı müddəasından irəli gələrək qeyd edib ki, Azərbaycanın bank icması, 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinə 2 milyard manat vəsait ayıracaq. 

Qeyd edək ki, noyabrın 11-dən başlayaraq Bakı nüfuzlu beynəlxalq tədbir olan COP29-a ev sahibliyi edir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://banco.az
archiveBu xəbər 14 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see190

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see172

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see156

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see146

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see133

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see132

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see129

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see128

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see127

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see127

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see126

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see125

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see124

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see123

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see121

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see120

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see120

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see119

Abbas Araqçi: “İran və MAQATE ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb”

07 Sentyabr 2025 11:23see116

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri