Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatında sabitlikdən dayanıqlı inkişafa keçid İCMAL

Azərbaycan iqtisadiyyatında sabitlikdən dayanıqlı inkişafa keçid İCMAL

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əldə edilmiş uğurlarla yadda qalıb. Baş verən qlobal hadisələr fonunda iqtisadiyyatı sabit saxlamaq əslində elə ən böyük uğurdur. Lakin Azərbaycan bir çox iqtisadi sahələrdə mühüm inkişaf əldə edib, yeni mərhələlərə addım atıb. Bütün bunlar aparılan islahatların, görülən tədbirlərin, əldə edilən texnoloji yeniliklərin hesabına baş verib. İqtisadiyyat sahəsində səmərəli mühitin olması, qeyri-neft sektorunda ciddi inkişaf tempi, əhalinin gəlirlərinin artması və inflyasiyanın ciddi şəkildə azalması bu prosesə töhfə verən amillərdəndir. Qeyd etmək olar ki, Azərbaycanda ətraf mühitin qorunması, resurslardan səmərəli və davamlı istifadə baxımından “yaşıl iqtisadiyyat”a keçid dövrünün başlanması bu sahədə gələcək perspektivlər vəd edir.

Bu yazıda “Report” Azərbaycan iqtisadiyyatında bir ildə həyata keçirilən yeniliklərə toxunur, əldə edilən uğurlara nəzər yetirir.

Proqnozların əksinə: Azərbaycan iqtisadiyyatında artım dalğası

Bu il Azərbaycanın ÜDM-lə bağlı artım göstəricisi, ölkənin düşünülmüş iqtisadi siyasətinin uğurunun parlaq nümunəsidir. Əvvəlcə qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,7 % səviyyəsində proqnozlaşdırmışdı. Lakin ilin ilk 5 ayında iqtisadi artım tempi sabit qalaraq təxminən 5 % səviyyəsində olub. Bu göstərici hökumətin yazda makroiqtisadi proqnozlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.

Bunun nəticəsində neftin baza ixrac qiyməti 1 barel üçün 60 ABŞ dollarından 75 ABŞ dollarına qaldırılıb. ÜDM-in illik artım tempi isə 3,8 %-ə yüksəlib, nominal ÜDM-in həcmi isə 3 milyard manat artırılaraq 121,3 milyard manata çatdırılıb. Xüsusilə, qeyri-neft-qaz ÜDM-nin artım proqnozu 4,6 %-dən 5,5 %-ə yüksəldilib. Yaz mövsümündə daha nikbin gözləntilərlə neft-qaz sektorunda 2024-cü il üzrə proqnozda 1,7 %-lik azalma əvəzinə 0,8 %-lik artım nəzərdə tutulub.

Yay mövsümünün sonunda iqtisadiyyatdakı müsbət meyllər fonunda hökumətin yenidən proqnozlarını artıracağı gözlənilirdi. Sentyabr ayında bu proqnozlar öz təsdiqini tapıb: ÜDM artım tempi 3,8 %-dən 4,2 %-ə yüksəlib, nominal ÜDM isə əlavə 3 milyard manat artırılaraq 124,4 milyard manat səviyyəsinə çatdırılıb. Qeyri-neft sektorunda artım proqnozu 6,4 %-ə çatdırılıb, neft sektorunda isə artım tempi 0,3 % səviyyəsində müəyyən edilib.

Beynəlxalq maliyyə institutlarının baxışı

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (IMF), Asiya İnkişaf Bankı (ADB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi qurumlar bu il Azərbaycan iqtisadiyyatının dinamizmini vurğulayıb.

Dünya Bankı 2024-cü il üçün 3,2 %-lik iqtisadi artım proqnozlaşdıraraq, ölkənin gələcək inkişafını da müsbət qiymətləndirib. IMF də oxşar proqnozlarla çıxış edib və 2025-ci ildə artımın 2,5 % olacağını bildirib. ADB və EBRD-nin analitikləri isə Azərbaycanda bu il üçün müvafiq olaraq 2,7 %3,8 %-lik artım gözləntilərini ifadə ediblər.

Bu proqnozlar Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi şoklara dayanıqlı olmasını bir daha sübut edir.

Bu ilin 11 ayında ÜDM artımı 4,1 %-ə, nominal həcm isə 113,3 milyard manata çatıb. Xüsusilə, qeyri-neft-qaz sektorunda 6,4 %-lik artım, neft-qaz sektorunda isə 0,4 %-lik artım müşahidə edilib.

Sənaye istehsalı yanvar-noyabr aylarında 1,1 % artıb, orta illik inflyasiya isə 2023-cü ilin eyni dövründəki 8,8 %-dən bu il 2 %-ə qədər enib. Bu, hökumətin müəyyən etdiyi illik proqnozdan (2,7 %) aşağıdır və Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya dəhlizinə (4±2%) uyğundur.

Azərbaycanın iqtisadi artımı ilə bağlı bu il üç əsas məqam xüsusilə diqqətəlayiqdir. Birincisi, ölkənin ÜDM artım tempi 2023-cü ildəki 1,1 %-dən əhəmiyyətli dərəcədə yüksəkdir. İkincisi, Azərbaycanın iqtisadi artım tempi dünya üzrə orta göstəricidən (Dünya Bankı – 2,7 %, IMF – 3,2 %) əhəmiyyətli dərəcədə yüksəkdir. Üçüncüsü, manatın ABŞ dollarına nisbətən sabit məzənnəsi yerli valyutada əmanətlərin həcminin 11 ay ərzində 945,3 milyon manat artmasına səbəb olub.

Beləliklə, Azərbaycan iqtisadiyyatı bütün proqnozların əksinə olaraq, 2024-cü ildə yeni nailiyyətlərlə yadda qalacaq.

Sabitlik və inkişafın əsas dayaq nöqtəsi

Azərbaycan iqtisadiyyatında həm daxili, həm də xarici konyukturanın əlverişli olması ölkənin valyuta bazarına müsbət təsir göstərməkdə davam edir. Valyuta bazarının sabitliyinin təməl sütunu isə tədiyə balansının profisitidir. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında 4 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb və bu da ÜDM-in 7,2 %-ni təşkil edir. Bununla yanaşı, ilin 11 ayında ölkənin ticarət profisiti 5,6 milyard ABŞ dolları səviyyəsində olub.

Bu məqamda qeyd edək ki, neft-qaz sektorunda qiymətlərin və ixrac həcmlərinin azaldığı dövrdə belə, Azərbaycanın cari əməliyyatlar hesabında müsbət saldonu qoruması regional miqyasda önəmli nailiyyət kimi qiymətləndirilməlidir. Azərbaycan üçün isə bu balansın müsbət qalması iqtisadi dayanıqlığın ən əhəmiyyətli göstəricilərindən biridir.

Strateji hədəflərdən biri qeyri-neft ixracının artırılmasıdır. Hədəf 2027-ci ilə qədər bu rəqəmi 4,7 milyard ABŞ dollarına çatdırmaqdır ki, bu da 2023-cü ildəki 3,3 milyard ABŞ dollarlıq göstəriciyə nəzərən ciddi irəliləyiş deməkdir.

Valyuta ehtiyatları isə ölkənin iqtisadi qüdrətini bir daha təsdiq edir. 2024-cü ilin oktyabr ayına Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard dollara çatıb ki, bu da ölkənin mal və xidmətlər üzrə 35,5 aylıq idxalını qarşılamaq üçün kifayətdir. Yalnız 9 ay ərzində bu ehtiyatların 7,3 % artması ölkənin iqtisadi stabilliyini və potensialını əks etdirir.

Dayanıqlı fiskal siyasət

2024-cü il Azərbaycanın fiskal siyasətinin möhkəmliyini və dayanıqlılığını bir daha nümayiş etdirdi. Büdcə göstəriciləri neftin dünya bazarlarında əlverişli qiymətləri fonunda artırılaraq, ölkənin maliyyə sistemində sabit bir dinamika yaradıb. Maliyyə Nazirliyinin açıqlamasına görə, 2024-cü ilin 11 ayında dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % artıb, xərclərin artımı isə nisbətən aşağı, yəni 6,5 % təşkil edib. Bu, hökumətin xərclərini səmərəli şəkildə idarə etdiyini göstərir.

Dekabrın 1-nə olan məlumata görə, dövlət büdcəsində yaranan 3 milyard manatdan çox profisit, iqtisadiyyatın müxtəlif sektorlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi üçün güclü maliyyə ehtiyatı təmin edir. Bu maliyyə ehtiyatı, xüsusilə azad edilmiş ərazilərin bərpası, sosial proqramların genişləndirilməsi və müdafiə büdcəsinin artırılması istiqamətində istifadə olunacaq.

2025-ci ildə sosial rifahın daha da yaxşılaşdırılması məqsədilə minimum əmək haqqının, pensiyaların və digər sosial ödənişlərin artırılması planlaşdırılır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manatlıq vəsait ayrılması, həmin regionların yenidən qurulması prosesində mühüm irəliləyişlərə yol açacaq. Azərbaycanın hərbi büdcəsinin isə 5 milyard dollardan çox olması, Ermənistanın artan militarizasiya siyasətindən irəli gələn çağırışlara cavab vermək üçün atılan strateji bir addımdır.

Dövlət büdcəsində qeyri-neft sektorundan daxil olan vergilərin artması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların effektivliyini göstərir. Dövlət Vergi Xidmətinin məlumatına görə, 2024-cü ilin 11 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14,1% artaraq, təxminən 10,3 milyard manat təşkil edib. Bu göstərici dövlət büdcəsi daxilolmalarında qeyri-neft-qaz gəlirlərinin payının 68,6 %-ə çatmasını təmin edib.

Bu artım, Azərbaycan hökumətinin iqtisadiyyatın dayanıqlı inkişafına yönəlmiş siyasətinin uğurlu nəticələrindən biridir. Qeyri-neft sektorunun bu qədər əhəmiyyətli pay qazanması, ölkənin neft-qaz asılılığından çıxışını göstərir və iqtisadi diversifikasiya istiqamətində atılan növbəti addımları təşviq edir.

Nikbin gözlənti

Qeyd etdiyimiz kimi, bütün beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayacaq. Doğrudur, ÜDM-in artım tempi bir qədər yavaşlayacaq. Lakin nəzərə almaq lazımdır ki, bu yalnız ilkin qiymətləndirmədir. Bu məqamda 2024-cü il üçün ilkin proqnozu və bu ildəki real vəziyyəti xatırlamaq yerinə düşər. Bundan başqa, unutmaq olmaz ki, 2025-ci il üçün neftin baza qiyməti 2024-cü illə müqayisədə daha aşağı nəzərdə tutulur (2025-ci ildə 70 dollar/barel, 2024-cü ildə gözlənilən orta qiymət 80 dollar/barel). Buna görə də reallıqda növbəti ildə iqtisadi artım templəri hökumətin proqnozlaşdırdığından daha yüksək olacaq.

Hazırda Azərbaycan hökumətinin əsas vəzifəsi iqtisadiyyatın şaxələndirilməsinə, onun dayanıqlığının və xarici investorlar üçün cəlbediciliyinin artırılmasına, qeyri-neft sektorunun daha da inkişafına yönəlmiş islahatların davam etdirilməsi və sürətləndirilməsidir. Bu gün Azərbaycan iqtisadiyyatının ortamüddətli dövrdə ildə təxminən 4 % səviyyəsində dayanıqlı inkişafı üçün bütün fundamental əsaslar mövcuddur, bunun üçün ehtiyatları vaxtında müəyyən etmək və işə salmaq qalır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri