Icma.az
close
up
RU
Abasov: “Heç kimin “Neftçi”ni əzməyə səbəbi yoxdur”

Abasov: “Heç kimin “Neftçi”ni əzməyə səbəbi yoxdur”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Neftçi” – “Kəpəz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunsonrası bunları dedi…

– Oyunçu 5 metrdən qapıya düşə bilmir… Futbolçularln səhvləri sıralanır. Yuxu rejiminiz pozulmur belə olanda? Və ya səhhətinizdə durum necədir?
– Sakit qalmağa çalışırıq. Reallıq budur ki, bizimçün bu mövsümün qatarı gedib. Sakit qalmağa çalışırıq. Bilirəm ki, mən danışandan sonra vallar fərqli yerə gedə bilər. Ona görə sakit olmağa çalışırıq. Bacardığımız qədər uşaqları oyuna hazırlaşmağa, oynamağa çalışır. Birinci səhvlər deyil. Təsəvvür et, bu gün birinci hissə nadir hallarda belə dominant oynayan komanda olar. Otura-otura saydım ki, birinci hissədə 10-15 dəfə rəqib cərimə meydançasının yaxınlığında, içində olmuşuq. Hətta Matias, Azər kimi müdafiəçilər də irəlidə idi. Bu qədər epizoda qol vura bilməmək problemləri göstərir. Bir uzun topla rəqib gəlib qol vurur. Bu məsələləri də bilirik. Üç oyunumuz qalıb. Yenə də futbolçuları kökləməyə çalışacağıq. Artıq adımıza layiq bir şey etmirik. İki oyundur, uduza-uduza hesabı bərabərləşdiririk. Oyunun içində bəzi oyunçular çox çalışır. Məsələn, Sambu… Bir neçə də oyunçu var ki, onlar uduzmamaq üçün çox çalışır.

– Növbəti mövsümdə sizə böyük büdcə veriləcəyini düşünmək olar?
– Bilmədiyim şey haqda sual verirsiniz. Mən gələndə müəyyən komanda yığılmışdı və əlimizdə müəyyən oyunçular var idi. Sonda oturub danışacağıq və gördüyümüz işin hesabatını verəcəyik. Büdcə ilə bağlı nəsə bilmirəm.

– Emin Mahmudov komandada qalacaq?
– Eminin müqaviləsi var. Mövsüm bitəndən sonra bizim də qərarlarımız var. O demək deyil ki, müqaviləsi olan hökman burda qalmalıdır. Çalışacağıq ki, bəzi məsələləri yoluna qoyaq. Futbolçularla fikirlərimizin üst-üstə düşəcəyinə ümid edirəm. Hər iki tərəf üçün xeyirli olmasını istəyirik.

– Futbol ictimaiyyəti sarğısı olmasa da, Emini kapitan kimi qəbul edir. Nə üçün ona sarğını verə bilmədiniz?
– Bilmədiniz deyəndə sanki kimsə nəsə məcbur edib. Siz sual verdiyiniz adamı tanısanız bu sualı verməzsiniz. Mən bura gələndə Emin Mahmudovun, Ramil Şeydayevin məsələsi çox danışılırdı. Oyunçuları sakitləşdirməyə, kapitan məsələsini bitirmək üçün kapitanlığı Rzaya verdim. Emin bu mövsüm çox əziyyət çəkir. Qışdan sonra stabil oynaya bilmir, mütəmadi zədələri olur. Bunlar daim gördüyümüz Emini görməməyə səbəb oldu.

– “Sumqayıt”la oyunda sayılmayan qolunuz, verilməyən penaltiniz var idi. Bu gün də rahatlıqla Elvin Camalova “qırmızı” verildi. Sizcə, iddiasız “Neftçi”ni qəbul etmirlər?
– Səbəblər var. Qərəzdən nəsə olduğunu dilə gətirmirəm. Verilən qərarlar nə dərəcə düzgün olmasa da, reallığı görməliyik. Bunun əziyyətini görmüşəm. Sambu qırmızı vərəqəyə görə kubokda olmadı və əziyyətini gördük. Düzdür, oyundan sonra VAR-da oyuran hakim dedi ki, ikiayaqlı müdaxilə idi və “qırmızı” var idi. Oyundan sonra təkrar baxdım, sanki iki ayağa müdaxilə yox idi. “Neftçi” haqda çox danışılır. Bu, gündəmdə olmaq deməkdir. Nəticələrimiz də buna səbəbdir, haqq qazandırıram. İstəmədiyim şey odur ki, bizim düşdüyümüz situasiya kiməsə rahatlıq verməsin. Bunun sonu yaxşı bitməyəcək. Təhdid kimi başa düşülməsin. Bir gün də lazım olan insanlar da masaya əlini vuracaq və ondan sonra necə olacaq, Allah sizi qorusun. Heç kimin “Neftçi”ni əzməyə səbəbi yoxdur. Ancaq neqativ danışılır və reaksiya göstərmiriksə, səbəb var. Futbolda başımız aşağıdır, iki ildir, avrokuboklara gedə bilmirik. Hakimlərlə bağlı çox məsələ olsa da, 1-2 dəfə danışmışam. Amma bu kiməsə səbəb vermir ki, “Neftçi”ni əlinizdə vasitə edəsiniz. Bəlkə, kimlərəsə xoş gəlmək, simpatiya qazanmaq istənilir. Belə davam etməyəcək. Nə varsa, onu edək. “Neftçi” də bir gün özünə gələcək. Belə şeylər xoş deyil. Azından Azərbaycan komandasıyıq. Son illərdə nəticələr həddindən artıq pisdir. Lakin Azərbaycan futbolu deyilirsə, birinci sırada “Neftçi”dir.

– “Neftçi”nin gələcəyi üçün planlarınız var yəqin. Fikirləriniz, planlarınızla rəhbərliyin düşündükləri üst-üstə düşəcək?
– Proqramımız var. Əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları, onlar bizi anlayır. Hamının bildiyi problemlər var. Burda çempion olan, gümüş medal qazandığımız illərdə də tənqidlər var idi və bunları normal qarşılayıram. Azarkeşlərin, medianın belə situasiyada komandaya dəstək verməsi, situasiyanı anlaması xoşdur. Bu situasiyada bizi anlamağa çalışan hər insana minnətdaram.

– Ad çəkməyə ehtiyac yoxdur. Sərəncamınızda olan futbolçuları torbaya qoyub, çölə atsanız, ordan “Neftçi” adına layiq neçə oyunçu çıxar?
– İnşallah, çox çıxar…

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 May 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri