Abasovun qərarı ilə razılaşmır Cəfərov getmək istəyir
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”nin qapıçısı Rza Cəfərov klubdan ayrılmaq istəyir. Təcrübəli qolkiper ehtiyatda qalmaqdan bezib. O, Samir Abasovun bu qərarı ilə razılaşmır.
Mövsümün əvvəlindən Kenan Piriçə şans verən baş məşqçi Cəfərovu əsas heyətdə düşünmür. Millimizin üzvü isə bu durumdan narazıdır.
O, yanvarda klubu tərk etmək istəyir. Hələ mövsümün əvvəlindən gənc qolkiperə təkliflər olsa da, “Neftçi” onu buraxmadı.
Oynamadığı üçün millidəki yerini də itirən 22 yaşlı qapıçı komandada qalmaq niyyətində deyil. Cəfərov mövsümün əvvəlində ayrılmaq istədiyini dəfələrlə baş məşqçiyə bildirsə də, ona konkret cavab verilməyib. Ancaq futbolçu fikrindən daşınmır.
O, mövsümün sonuna qədər ehtiyatda qalmaq fikrində deyil. Futbolçu davamlı oynaya biləcəyi bir komandaya keçmək istəyir.
İdmanxeber.az
Baxış sayı:98
Bu xəbər 27 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















