Məsciddən imamın telefonunu oğurladı, özününkünü orada unutdu
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Bursa şəhərinin Orhangazi rayonunda məsciddən pul və imamın mobil telefonunu oğurlayan şübhəli şəxs, hadisə yerində öz telefonunu unudub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, sübh namazı üçün Qazi Orhanbəy Məscidinə gələn imam, otağının qarət olunduğunu görüb polisə məlumat verib.
Hadisə yerinə gələn polis qrupları məscidin təhlükəsizlik kameralarının qeyd cihazının sındırıldığını, şübhəli şəxsin isə məscidə aid 6000 türk lirəsini və imamın mobil telefonunu oğurladığını müəyyən ediblər.
İmamın otağına baxış keçirilən zaman, məscid heyətindən heç kimə məxsus olmayan və oğruya aid olduğu ehtimal edilən bir mobil telefon tapılıb.
Şübhəli şəxsin tutulması istiqamətində araşdırmalara başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Noyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















