Icma.az
close
up
RU
® ABB müştərilər üçün “AniPay” inteqrasiyalı yeni QR ödəniş həllini təqdim edib

® ABB müştərilər üçün “AniPay” inteqrasiyalı yeni QR ödəniş həllini təqdim edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

ABB Mərkəzi Bankın “AniPay” strategiyasına uyğun olaraq sahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulu funksionallığını istifadəyə verib. Bu yenilik bankın ekvayrinq məhsulları arasında QR ödənişi olmayan son xidmətin də rəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturu tam şəkildə “AniPay” sisteminə inteqrasiya olunub.

Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsində təqdim olunan QR kodu “ABB mobile” tətbiqi və ya “AniPay” sisteminə inteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsilə oxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonra vəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniş təcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçən vəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır.

Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçün nəzərdə tutulub və ödənişlərin daha asan, təhlükəsiz şəkildə qəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqla yanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanı verir.

Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləri ilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu da təhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavə üstünlüklər deməkdir.

Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinin e-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında da tətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindən ödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edə biləcəklər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri