Icma.az
close
up
RU
Körfəz müharibəsinin “qazanclı” ölkəsi

Körfəz müharibəsinin “qazanclı” ölkəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Körfəz regionunda davam edən mü­haribə Yaxın Şərqin iqtisadi və geosiyasi mənzərəsini dəyişdirir. Münaqişənin ya­ratdığı iqtisadi itkilər, enerji ixracındakı problemlər və nəqliyyat marşrutlarının pozulması region ölkələrinə fərqli təsir göstərir. Lakin bu prosesdə Oman göz­lənilməz şəkildə üstünlük qazanır.

“The Economist”in təhlilinə görə, Oman müharibənin yaratdığı şəraitdən iqtisadi baxımdan faydalanan ölkələrdən birinə çevrilib. Bunun əsas səbəbi onun coğrafi mövqeyi, xüsusilə Hörmüz boğa­zından asılılığının digər Körfəz ölkələri ilə müqayisədə daha aşağı olmasıdır. İra­nın Hörmüz boğazında yaratdığı məhdu­diyyətlər digər Körfəz dövlətlərinin ixrac imkanlarına mənfi təsir göstərdiyi halda, Oman dünya bazarlarına çıxışını nisbətən sərbəst saxlaya bilir. 

Məqalənin diqqətçəkən məqamların­dan biri Omanın iqtisadi artım perspektiv­ləridir. Ölkə iqtisadiyyatının 2026-cı ildə 4,5 faiz böyüyəcəyi proqnozlaşdırılır. Bu göstəricinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərin iqtisadi ar­tım tempini üstələyəcəyi gözlənilir.

Omanın üstünlüyü yalnız coğrafi mövqeyinə görə deyil. Son illərdə həyata keçirilən maliyyə islahatları, dövlət borcu­nun azaldılması, liman və avtomobil yolla­rına yatırılan investisiyalar ölkənin iqtisadi dayanıqlılığını gücləndirib. Eyni zamanda, Oman regional ticarət üçün alternativ tran­zit mərkəzinə çevrilmək imkanlarını geniş­ləndirir.

Ölkə iqtisadiyyatın şaxələndirilməsi is­tiqamətində də fəal siyasət yürüdür. Xüsu­si iqtisadi zonalarda yaşıl hidrogen, polad, neft-kimya sənayesi və hətta peyk buraxılı­şı kimi sahələrə investisiyalar cəlb olunur. 

Beləliklə, münaqişə bir sıra ölkələr üçün ciddi iqtisadi risklər yaratsa da, Oman coğrafi mövqeyini, infrastrukturunu və iq­tisadi islahatlarını üstünlüyə çevirə bilir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri