ABB nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq “Anlaşma Memorandumu" əsasında təşkil olunub.
Memorandumun strateji hədəfi 2033-cü ilədək ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir.
Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 2 hektar ərazidə 1250 ağac əkilib. Ağacəkmə növbəti günlərdə də davam etdiriləcək. Müvafiq qurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Noyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















