Qarabağ dan Yankoviç və Silva açıqlaması
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Qarabağ" klubu Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hər iki futbolçunun əsas komandadan uzaqlaşdırılması barədə məlumatlar həqiqəti əks etdirmir.
Bununla belə, klub futbolçular barəsində daxili intizam qaydalarına uyğun cəza tədbirlərinin görüldüyünü təsdiqləyib.
Açıqlamada klubdaxili intizam məsələlərinin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanıb.
Qeyd edək ki, hər iki futbolçu bu gün saat 18:00-da başlayan "Qarabağ" - "Turan Tovuz" oyununda ehtiyat oyunçular skamyasında yer alıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Marko Yankoviç və Mateus Silva cəzalandırılıb? “Qarabağ”dan ə AÇIQLAMA
06 Noyabr 2026 16:03
Yankoviç “Qarabağ”dan ayrılacaqmı?
30 Avqust 2026 08:57
Yankoviç “Qarabağ”da qalacaq
02 Yanvar 2026 18:07
Marko Yankoviç Qarabağ dan ayrıla bilər
21 Fevral 2026 04:14
Marko Yankoviç “Qarabağ”da qalır!
22 İyun 2026 13:42
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















