Maya sivilizasiyasının süqutunun səbəbi bu imiş
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bu qənaət ABŞ-ın Obern Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən irəli sürülüb. Araşdırmanın nəticələri “Science Advances” elmi jurnalında dərc olunub.
Mayalılar qədim dövrdə tikililərin, müxtəlif əşyaların və dəfn yerlərinin bəzədilməsində civə tərkibli qırmızı piqmentlərdən, o cümlədən kinovardan geniş istifadə ediblər. Arxeoloji qazıntılar zamanı bu maddələrin qalıqları həm qədim şəhərlərdə, həm də onların ətrafındakı torpaq qatlarında aşkarlanıb.
Tədqiqatçılar civə çirklənməsinin miqyasını müəyyənləşdirmək üçün Yukatan yarımadasında yerləşən Koba və Şkançe göllərinin dib çöküntülərini araşdırıblar. Həmin ərazilərdə vaxtilə iri Maya yaşayış məntəqələri mövcud olub. Müqayisə məqsədilə qədim şəhərlərdən uzaqda yerləşən daha iki gölün çöküntüləri də təhlil edilib.
Nəticələr göstərib ki, Maya sivilizasiyasının klassik dövründə – eramızın 250–950-ci illərində bəzi çöküntülərdə civənin miqdarı hər qramda 18 mikroqrama qədər yüksəlib. Bu dövrdə metalın toplanma sürəti digər tarixi mərhələlərlə müqayisədə on dəfələrlə çox olub.
Alimlər çirklənmənin artması ilə eyni vaxtda su hövzələrində sianobakteriyaların, yosunların, molyuskların və xərçəngkimilərin sayının azaldığını müəyyən ediblər. Bu isə bölgənin su ekosistemlərində ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Tədqiqat müəlliflərinin fikrincə, civə ilə çirklənmə Maya şəhərlərinin üzləşdiyi ekoloji problemləri daha da ağırlaşdıraraq sivilizasiyanın tənəzzülünü sürətləndirən amillərdən biri ola bilər. Bununla belə, araşdırma civənin Maya sivilizasiyasının süqutunun yeganə səbəbi olduğunu sübut etmir. Alimlər IX əsrdə iri yaşayış məntəqələrinin tənəzzülündə digər amillərin də rol oynaya biləcəyini vurğulayırlar.(Qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















