Icma.az
close
up
RU
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “The Banker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür.

Bu münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı” sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik fəaliyyət təcrübəsinə həsr olunub.

“Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa bilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə uyğunlaşa bilmək banklar üçün əsas məsələdir.

ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk idarəçiliyi, müştərilərlə kommunikasiya və s. sahələrdə 80-dən çox süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.

Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə, müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir. ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş etdirir.

Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini rəqəmsal ekosistemlərə daxil edə bilib.

“The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Baş ofisi Londonda yerləşir. Jurnal bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital bazarlarının fəal iştirakçılarıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri