Icma.az
close
up
RU
Abbas Abbasov: Burundi, Ruanda və Kongo Demokratik Respublikasının nümayəndələri ilə sıx əməkdaşlıq qurmuşuq

Abbas Abbasov: Burundi, Ruanda və Kongo Demokratik Respublikasının nümayəndələri ilə sıx əməkdaşlıq qurmuşuq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 31 oktyabr, AZƏRTAC

Son bir ildə fəaliyyətimizi əhəmiyyətli dərəcədə genişləndirmişik. Dekolonizasiya prosesinin vacib hissəsi olan reparasiya məsələləri çərçivəsində artıq beynəlxalq layihələr həyata keçiririk və konfranslar təşkil edirik.

Belçika müstəmləkəçiliyinə gəldikdə isə qeyd etmək istərdim ki, 18-20-ci əsrlərdə bu ölkənin kolonial siyasəti zamanı törədilən insanlığa qarşı qəddar cinayətlər barədə dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Lakin aidiyyəti beynəlxalq təşkilatlar bu məsələlərə zəruri reaksiyanı göstərmir, reparasiya və kompensasiya mövzularını müzakirə etmirlər.

Biz, beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dekolonizasiya prosesində mühüm rol oynayan bir təşkilat kimi, bu mövzunu beynəlxalq təşkilatların gündəliyinə gətirməyə çalışırıq. Əminik ki, yaxın illərdə reparasiya və kompensasiya məsələlərində beynəlxalq reaksiya artacaq və dünya ictimaiyyəti Kongo Demokratik Respublikası, Burundı və Ruandaya qarşı ədalətli mövqe nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov söyləyib.

O bildirib ki, Burundi, Ruanda və Kongo Demokratik Respublikasının nümayəndələri, eləcə də oradakı qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurulur. Onlar mövzunu kompensasiya və reparasiya əsasında irəli sürür və beynəlxalq təşkilatlardan, həmçinin aidiyyəti ölkələrdən kompensasiyalar tələb edirlər. BTQ isə bu istiqamətdə beynəlxalq hüquq çərçivəsində onlara dəstək göstərməyə çalışacaq.

"Bakı Təşəbbüs Qrupu əvvəlcə Fransanın dənizaşırı əraziləri ilə əməkdaşlığa başlamışdı. Bu əməkdaşlıq həmin ərazilərin nümayəndələrinin səlahiyyətli qərarına əsaslanaraq qurulmuşdu. Daha sonra Hollandiya və digər müstəmləkəçilik dövründən qalmış ərazilərlə əməkdaşlığa başladıq və hazırda Belçika ilə bu işləri davam etdiririk. Qeyd etmək istərdik ki, Bakı Təşəbbüs Qrupu adətən müəyyən bir ölkə üzrə fəaliyyət göstərmir. Biz yalnız müstəmləkəçilikdən təsirlənmiş ərazilərin müraciətlərini araşdırır, qiymətləndirir və əməkdaşlığa başlayırıq. Gələcəkdə belə müraciətlər daxil olduqda, tərəfimizdən araşdırılacaq və müvafiq əməkdaşlıqlar qurulacaq",- deyə A. Abbasov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri