Yaşar Güler: Türkiyə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə başa çatacağına ümid edir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 30 yanvar, AZƏRTAC
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin indiki mərhələsində əsas məsələ münaqişə tərəfləri arasında uzunmüddətli atəşkəsin təmin olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Onun sözlərinə görə, Ankara Ukrayna üzrə “istəklilər koalisiyası”nda fəal iştirak edir. “Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlara da rəhbərlik edir. Regionda sülh və təhlükəsizliyin qorunmasına dair təşəbbüslər kontekstində Türkiyə Silahlı Qüvvələrinin fəal şəkildə xatırlanması ordumuzun beynəlxalq nüfuzunun göstəricisidir. Bütün dünyaya təsir edən Rusiya–Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid edirik”, – deyə o bildirib.
Nazir Konvensiyanın tələblərinə ciddi əməl edilməsini Türkiyə üçün “əvəzolunmaz şərt” adlandırıb.
NATO ilə münasibətlərə toxunan Türkiyənin milli müdafiə naziri qeyd edib ki, Ankaranın atdığı addımlar Şimali Atlantika Alyansına üzvlük çərçivəsində görülən işlərə zidd deyil, əksinə, onları tamamlayır.
“Ankara regionda təhlükəsizliyin qorunmasının və dialoq kanallarının açıq saxlanmasının tərəfdarıdır. Biz milli təhlükəsizlik təhdidlərini ayrı-ayrı şəxslərin ritorikasına əsasən deyil, real çağırışların təhlili əsasında müəyyən edirik”, – deyə müdafiə qurumunun rəhbəri vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 30 Yanvar 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















