Icma.az
close
up
RU
Abbas Abbasovla bağlı mərhələli plan üzə çıxdı Rusiya təhvil verməsə...

Abbas Abbasovla bağlı mərhələli plan üzə çıxdı Rusiya təhvil verməsə...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun axtarışa verilməsindən sonra Azərbaycanın Rusiyaya rəsmi müraciət edib-etməməsi diqqət mərkəzindədir. Hazırda bu barədə rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Abbas Abbasov “Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilib. Hazırda ölkə hüdudlarından kənarda olduğu və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Onun Rusiyada olduğu bildirilir.

Ümumiyyətlə, axtarışa verilən şəxslə bağlı hüquqi prosedur necə olur? Azərbaycan Abbas Abbasova görə Rusiyaya müraciət ünvanlamalıdırmı? 

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, cinayət işi üzrə axtarışa verilən şəxsin başqa dövlətin vətəndaşı olması hallarında proses yalnız milli qanunvericiliklə deyil, eyni zamanda beynəlxalq hüquq normaları və dövlətlərarası müqavilələr əsasında tənzimlənir:

“Bu zaman dövlətlərin səlahiyyətləri, müraciət mexanizmləri və hüquqi məhdudiyyətlər konkret prosedurlarla müəyyən edilir. Azərbaycanda cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs istintaqdan yayındıqda, onun barəsində axtarış elan edilməsi Cinayət-Prosessual Məcəllə ilə tənzimlənir. Şəxsin ölkə hüdudlarından kənarda olduğu müəyyən edildikdə isə beynəlxalq axtarış mexanizmləri tətbiq olunur. Beynəlxalq axtarış, əsasən, İnterpol xətti ilə həyata keçirilir. Bu məqsədlə hüquq-mühafizə orqanları müvafiq sənədləri təqdim edir və İnterpol qaydalarına uyğun olaraq “qırmızı bülleten” yaxud digər bildiriş formalarından istifadə edilir.

Axtarışda olan şəxsin başqa dövlətin vətəndaşı olması ekstradisiya məsələsini gündəmə gətirir. Bu, cinayət məsuliyyətinə cəlb olunması və ya cəzanın icrası məqsədilə şəxsin bir dövlətdən digərinə verilməsi prosedurudur. Beynəlxalq praktikada qəbul olunmuş əsas prinsiplərdən biri odur ki, dövlətlər bir qayda olaraq, öz vətəndaşlarını başqa dövlətə təhvil verməkdən imtina edə bilərlər. Bu prinsip bir çox ölkələrin milli qanunvericiliyində, o cümlədən Rusiya Konstitusiyası və cinayət-hüquqi normalarında da öz əksini tapıb”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, Abbas Abbasovun Rusiya vətəndaşı olması onun avtomatik olaraq Azərbaycana ekstradisiya ediləcəyini ifadə etmir:

“Amma iki dövlət arasında hüquqi yardım, cinayət işləri üzrə əməkdaşlığı nəzərdə tutan iki və çoxtərəfli beynəlxalq müqavilələr mövcuddur. Bu çərçivədə Azərbaycan şəxsin yerinin müəyyən edilməsi məqsədilə beynəlxalq axtarış elan edə, cinayət işi üzrə materialları Rusiya tərəfinə göndərə bilər. Bu mexanizm ekstradisiyadan fərqli olaraq, şəxsin verilməsini deyil, cinayət təqibini həmin dövlətin davam etdirməsini nəzərdə tutur”.

Ellada Bayramova əlavə edib ki, axtarışa verilmiş şəxslə bağlı prosedur müəyyən ardıcıllıqla həyata keçirilir:

“Əvvəlcə milli axtarış elan olunur, şəxsin xaricdə olduğu təsdiqləndikdə beynəlxalq axtarış mexanizmləri işə salınır, İnterpol yaxud digər hüquqi kanallar vasitəsilə məlumat mübadiləsi aparılır və şəxsin vətəndaşlığı nəzərə alınmaqla ekstradisiya imkanları qiymətləndirilir. Bu kateqoriyadan olan işlərdə əsas hüquqi yanaşma dövlətlərin suverenliyi, vətəndaşlıq prinsipi və beynəlxalq müqavilələr arasında balansın qorunmasına əsaslanır. Proseslər inzibati və ya siyasi deyil, prosessual-hüquqi mexanizmlər çərçivəsində və hər bir konkret hal üzrə ayrıca qiymətləndirilir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri