Abbas Əraqçi: İranın Xəzər bölgəsindəki bütün ölkələrlə çox yaxşı münasibətləri var
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İslam Respublikasının qonşu ölkələrlə siyasi, iqtisadi, mədəni və hətta təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün proqramları var.
APA-nın müxbiri xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Xəzər dənizi sahilindəki vilayətlərin rəhbərlərinin beynəlxalq konfransında bildirib.
“Fars Körfəzi bizim üçün nə qədər vacibdirsə, Xəzər dənizi də bir o qədər vacibdir”, - XİN rəhbəri deyib.
Onun sözlərinə görə, Xəzəryanı dövlətlər bu ərazinin ortaq anlayışını və əhəmiyyətinə önəm verməklə birgə əməkdaşlığa başlayıblar.
İranla Rusiya arasında strateji və mühüm əlaqələrin olduğuna diqqət çəkən nazir ölkəsinin Xəzər bölgəsindəki bütün ölkələrlə çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb:
“Prezident Pezeşkian Rusiya və Azərbaycanı ziyarət edib. Düşünürəm ki, o, bir ay ərzində Qazaxıstan və Türkmənistana da səfər edəcək”.
Abbas Əraqçi qeyd edib ki, Xəzəryanı dövlətlərin dənizçilik, iqtisadi və turizm sahələrindəki əməkdaşlığı vacibdir: “Ətraf mühitlə bağlı narahatlıqlar var və biz hamımız bunları aradan qaldırmaq üçün çalışmalıyıq. Xəzər dənizi enerji, balıqçılıq və digər sahələrdə bir xəzinədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















