Icma.az
close
up
RU
Abbaszadə sürücüləri də imtahan edir Taksidə nə dəyişib?

Abbaszadə sürücüləri də imtahan edir Taksidə nə dəyişib?

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Ərşad Hüseynov: “İmtahanlar müsbətə doğru dəyişikliklərə stimul verir, təkan yaradır, lakin...”

İyunun 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün növbəti test imtahanı keçirilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. pizza hut

Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1538 namizəd qeydiyyatdan keçib. Onlardan 1453 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1093 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 27 nəfər müvəffəqiyyət qazanıb.

Bütün bu rəqəmlər rəsmi statistikadır. Gerçəklikdə isə taksi sürücülərinin peşəkarlığı, taksi xidmətində keyfiyyət problem olaraq qalmaqdadır. Bu gün də narkotik aludəçisi olan, özünü idarə edə bilməyən taksi sürücülərinə rast gəlmək olar. Hətta ötən həftə onlardan biri xanım müştərilərə qeyri-etik təkliflərinə görə polisə verilmişdi və saxlanılmışdı.

Bundan əlavə, avtomobildə siqaret çəkən, sürət həddini aşan, müştərinin çağırışlarına məhəl qoymayan sürücülərə rast gəlmək mümkündür. Ona görə də imtahanların təşkilinin taksi xidməti sektorunda hansı keyfiyyət dəyişikliklərinə gətirib çıxardığı mübahisə mövzusu olaraq qalır.

Nəqliyyat ekspertlərinin yanaşması necədir? DİM tərəfindən təşkil olunan imtahanlar bu sahədə müsbət dəyişikliyə səbəb olurmu?

Bəzi ekspertlər qeyd edir ki, imtahan təkbaşına problemi həll edə bilməz. Çünki imtahan ancaq mövcud bilikləri yoxlayır, sürücünün real davranışı isə sistemli nəzarət və icra mexanizmləri vasitəsilə tənzimlənməlidir. Məsələn, yol hərəkəti qaydalarına əməl olunması, etik normaların pozulmaması, sürücünün psixoloji və tibbi vəziyyəti, bütün bunlar imtahanlarla ölçülə bilməz.

Ərşad Hüseynov

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a danışıb: “Bəli, imtahanların özü, sözsüz ki, bu sahədə işlərin yaxşılığa doğru dəyişməsində müsbət rol oynayır, bu, birmənalıdır. Çünki ən azından həmin işlə məşğul olan insanlar müəyyən dərəcədə məsuliyyət hiss edirlər. Onların hamısı olmasa da, onsuz da dünyanın heç bir yerində, heç bir sahədə hansısa tədbir 100 faiz nəticə vermir, bir qismi qazandığı bilikləri yeniləyir.

Məsələn, imtahan blokunda sərnişinlərlə etik davranış qaydaları var. Daha sonra sərnişin daşımaları ilə bağlı qanunvericiliyin tələbləri mövcuddur. Qanunvericilikdə elementar məsələlər yer alır: taksi sürücüsünün vəzifələri nələrdir, ona nə icazə verilir, nə qadağandır, sərnişinlə necə davranmalıdır və s. Ən azı insanlar bunları oxuyur, imtahana hazırlaşırlar. Oxuyanda da bəzən görürlər ki, heç demə, belə şeylər də varmış. Yəni imtahana hazırlaşmaq prosesi zamanı insanlar bildiklərini təkrarlayır, biliklərini yeniləyirlər. Əminəm ki, bu proses onların dünyagörüşündə müsbətə doğru dəyişiklik yaradır.

Lakin imtahandan keçmək o demək deyil ki, hər şey idealdır, hər şey gözəldir. Növbəti mərhələlər də var. Nəzarət olmalıdır. Bəs nəzarət nədir? Taksi və digər sürücülərin yol hərəkəti təhlükəsizliyi və qaydaları ilə bağlı, sərnişinlərə münasibətdə polisin ümumi nəzarəti olmalıdır. Daha sonra yerüstü nəqliyyatın tənzimlənməsi, icazələrin verilməsi ilə bağlı funksiyalar var, həmin icazə sistemində də müəyyən nəzarət elementləri olmalıdır.

Bunlar yerində olmalıdır ki, kənaraçıxmalar, etik davranış qaydalarının pozulması, sərnişinlərlə etik olmayan davranışlar və ya sürücünün qeyri-etik hərəkətləri baş verdikdə dərhal tədbir görülə bilsin.

Daha bir məsələ: taksi fəaliyyəti ilə məşğul olanların bir hissəsi ya hansısa şirkətin əməkdaşıdır, ya da şirkətlə əməkdaşlıq edir. Bu, taksi sifarişi operatoru da ola bilər və ya taksi operatorları ilə əməkdaşlıq edən müxtəlif qurumlar var - onların da nəzarəti təmin olunmalıdır. Çünki burada onların da adı var. Bu nəzarət mütləq olmalıdır. Bunların hamısına əməl olunsa, daha uğurlu nəticələr əldə etmək mümkün olar.

Ona görə də imtahanlar, bəli, müsbətə doğru dəyişikliklərə stimul verir, təkan yaradır. Lakin digər məsələlər də yerində və düzgün şəkildə həyata keçirilməlidir ki, bu proses tədricən daha yaxşı istiqamətdə inkişaf etsin".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri