Mourinyo “Real Madrid”də öz rekordunu yenilədi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo klubun 21-ci əsrdəki rekordunu yeniləyib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Madrid təmsilçisinə qayıtdıqdan sonra ilk 18 rəsmi oyunda mümkün xalların 88,9 faizini toplayıb.
Mourinyonun rəhbərliyi altında komanda 16 qələbə qazanıb və iki məğlubiyyətlə üzləşib. Bu, 21-ci əsrdə “Real Madrid”in bütün baş məşqçiləri arasında ilk 18 oyun üzrə ən yüksək göstəricidir.
Əvvəlki rekord da Mourinyoya məxsus idi. Mütəxəssis 2010/2011 mövsümündə mümkün xalların 85,2 faizini toplamışdı. Ötən mövsüm Xabi Alonso da eyni nəticəyə imza atmışdı.
Qeyd edək ki, “Real Madrid” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Niderlandın PSV klubuna 5:1 hesabı ilə qalib gələrək bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Noyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















