Icma.az
close
up
RU
66 yaşlı leytenantın yarımçıq arzusu KONKRET

66 yaşlı leytenantın yarımçıq arzusu KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

26 noyabr 1848-ci ildə Henri Vebber dünyaya gəlib. Bəzi mənbələrdə onun 1849-cu il iyunun 3-də Kent qraflığında doğulduğu göstərilir. Amma görünür, bu tarix fərqinin hekayəmiz üçün elə də böyük əhəmiyyəti yoxdur. Henri Vebber dolğun və mənalı ömür yaşayıb. Elə bir həyat ki, haqqında rahatlıqla “Hər şeyi görüb, hər şeyə nail olub” demək mümkündür.

Oksford Universitetinin Pembrok Kollecini bitirdikdən sonra 42 il London birjasında çalışıb və kifayət qədər böyük sərvət toplayıb. Dörd oğul və beş qız övladı böyüdüb, çoxsaylı nəvələr sahibi olub. Təqaüdə çıxdıqdan sonra yaşadığı şəhərdə bir sıra fəxri vəzifələr tutub. Sülh hakimi, qraflıq şurasının üzvü, kilsə ağsaqqalı və yerli skaut təşkilatının prezidenti olub. Həvəskar ovçu kimi isə ətraf bölgədə mahir ovçu və tələ qurma ustası kimi tanınıb. Və birdən müharibə başladı…

1914-cü ilin avqustunda Henri Vebberin 66 yaşı vardı. Bu, Britaniya ordusuna könüllü yazılmaq üçün müəyyən edilmiş 45 yaşlıq yuxarı həddən 21 yaş çox idi. Onun üç oğlu Fransada cəbhədə xidmət edirdi. Yaşlı Vebber isə özünün onlara qoşulmaması üçün heç bir səbəb görmürdü. Üstəlik, onun bir arzusu vardı! Oğullarından biri polkovnik, digərləri isə mayor rütbəsində xidmət edirdi. Henri də hərbi forma geyinmək və nizamnaməyə uyğun olaraq oğullarına hərbi salam vermək hüququ qazanmaq istəyirdi. Etiraf edin, bu, həqiqətən də möhtəşəm motivasiyadır!

Təqaüdçü Vebber hərbi nazirliyə müraciət edərək öz xidmətlərini “istənilən vəzifədə” təklif etdi. Lakin nazirlikdə onun ümumi vətənpərvərlik coşğusuna qapılaraq bir qədər ağlını itirdiyini düşündülər və müraciətini nəzakətlə rədd etdilər. Bundan sonra qoca öz süvari eskadronunu – könüllülərdən ibarət hərbi dəstəni yaratmağa, ona rəhbərlik edərək cəbhəyə yollanmağa qərar verdi. Həmin dövrdə Britaniyada belə təşəbbüslərə müəyyən şəraitdə icazə verilirdi. Ancaq bu planı da baş tutmadı. Vebber ruhdan düşmədi. Bütün əlaqələrini işə saldı. Nəhayət, hərbçilər təslim oldular və onun fikrindən daşınacağına ümid edərək zabit kurslarına göndərdilər. Amma qoca fikrindən dönmədi!

1915-ci ildə Henri Vebberə leytenant rütbəsi verildi və o, piyada batalyonunun nəqliyyat xidmətinin rəisi vəzifəsində cəbhəyə göndərildi. Danışılanlara görə, Vebber idmanla məşğul olur, fiziki cəhətdən çox gümrah görünürdü. Hətta bir çoxları onun əsl yaşından xəbərsiz idi. Üstəlik, vəzifəsinin öhdəsindən böyük enerji və bacarıqla gəlirdi.

Bununla belə, batalyon komandiri onun yaşını nəzərə alaraq xüsusi əmr vermişdi: nəqliyyat xidmətinin rəisinə ön cəbhəyə yaxınlaşmaq qadağan edilirdi. Lakin müharibədə hər şeyi əvvəlcədən hesablamaq mümkün deyil. İyulun 21-də 7-ci batalyon Mamets meşəsi yaxınlığındakı ön mövqelərdə başqa bir piyada batalyonunu əvəz etməli idi. Həmin axşam leytenant Vebber həmişəki kimi batalyonun hərbi ləvazimatlarının və təchizatının daşınmasına rəhbərlik edirdi. Əsgərlərinə yükləri boşaltmağı tapşırdıqdan sonra komandirə məruzə etmək üçün yaxınlıqdakı zabitlər qrupunun yanına getdi.

Və qəfildən mərmi partladı… Cəmi bir mərmi! Partlayışdan sonra tüstü çəkiləndə yerdə 12 nəfərin cəsədi vardı. Yaşlı leytenant başından ağır yaralanmışdı. Onu dərhal tibbi məntəqəyə çatdırsalar da, bir neçə saat sonra, özünə gəlmədən dünyasını dəyişdi.

Beləliklə, Vebberin arzusu yarımçıq qaldı… Ölümündən cəmi dörd gün əvvəl o, oxuduğu Tonbridge məktəbinə məktub yazmışdı. Məktubunda yumor hissini də qoruyaraq belə qeyd etmişdi: “Beləliklə, mən Əlahəzrət Kralın ordusunun leytenantı oldum. Burada oğullarımla qarşılaşsam, onlara hərbi salam verməli olacağam. Onlardan biri polkovnik, ikisi isə mayordur”. Məktubdakı ən mühüm söz isə “qarşılaşsam” idi… Təəssüf ki, tale ona oğullarına hərbi salam vermək fürsətini bir daha nəsib etmədi.

Bununla belə, leytenant Henri Vebber hər iki dünya müharibəsi dövründə Britaniya ordusunda döyüş şəraitində həlak olmuş ən yaşlı hərbi qulluqçu kimi tarixə düşdü. Onun ölümü Fransadakı Britaniya qoşunlarının komandanlığının əmrlərində xüsusi qeyd edildi. Ailə üzvlərinə kral ailəsindən və ordu rəhbərliyindən başsağlığı məktubları göndərildi. Maraqlıdır ki, Vebberin hər üç oğlu müharibədən sağ çıxdı. Böyük oğlu müharibəni briqada generalı rütbəsində başa vurdu.

Bəs İkinci Dünya müharibəsinin ən yaşlı döyüş iştirakçısı kim olub?

Bu adı Belarus kəndlisi Vasili İsaakoviç Talaşa, xalq arasında tanınan adı ilə Dəd Talaşa aid edirlər. 1844-cü ildə anadan olan Talaş İkinci Dünya müharibəsi zamanı süngü hücumlarında iştirak etməsə də, kəşfiyyatçı və Polesye bataqlıqlarında bələdçi kimi xidmət göstərib. O, həm də müqavimətin canlı simvollarından birinə çevrilib. Müharibədən sağ çıxan Dəd Talaş 1946-cı ildə, 101 yaşında vəfat edib. Beləliklə, biri 66 yaşında könüllü olaraq cəbhəyə yollanıb, digəri isə yüz yaşını keçdikdən sonra da mübarizədən kənarda qalmayıb.

Görünür, insanın yaşını təqvim deyil, bəzən ürəyindəki məqsəd müəyyən edir.

Ağagül Mürsəlov,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri