Icma.az
close
up
RU
Abituriyent: Hədəfim yüksək nəticə toplamaq idi

Abituriyent: Hədəfim yüksək nəticə toplamaq idi

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 iyun, Aysel Azadqızı, AZƏRTAC

Bu il II ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə İsmayılzadə göstərib. O, hər iki mərhələnin nəticəsinə görə imtahanlarda 680.0 bal toplayıb.

Maraqlıdır ki, abituriyent bu nəticəni AZƏRTAC-dan öyrəndi – sevincini də elə həmin an bizimlə bölüşdü.

Xədicə deyir ki, imtahana ciddi şəkildə hazırlaşmağa 11-ci sinifdə başlayıb: “Demək olar, hazırlıqlar bütün günümü alırdı. Açığı, hədəfim yüksək nəticə toplamaq idi və bu nəticəyə çatdığım üçün çox sevinirəm”.

Onun sözlərinə görə, imtahanda ən çox sevdiyi riyaziyyat fənni üzrə suallara cavab yazarkən özünü daha rahat hiss edib, lakin coğrafiya fənnində müəyyən çətinliklər yaşayıb: “İmtahandan əvvəl olduqca həyəcanlı idim. Amma sualları görəndə həyəcanım azaldı və diqqətimi toplamağa başladım”.

Gələcək planlarından danışan Xədicə bildirir ki, ali təhsilini maliyyə ixtisası üzrə davam etdirmək istəyir: “Yəqin ki, UNEC, ADA və ya Bakı Ali Neft Məktəbində maliyyə ixtisasını seçəcəyəm. Magistratura təhsilimi isə xaricdə almaq istəyirəm”.

Uğurlu nəticənin arxasında çoxlu zəhmət dayandığını deyən abituriyentin bu yolu getmək istəyənlərə də bir tövsiyəsi var: “Abituriyentlərə çox oxumağı və vaxtlarını düzgün bölməyi tövsiyə edirəm. İnanıram ki, əzmlə çalışan hər kəs yüksək nəticəyə çata bilər”.

Xədicə İsmayılzadə qəbul imtahanının ikinci cəhdində də iştirak etməyi planlaşdırır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri