Icma.az
close
up
RU
“Abituriyent” jurnalının 4 cü nömrəsi nəşr olunub

“Abituriyent” jurnalının 4 cü nömrəsi nəşr olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul prosesini əhatə edən 4-cü nömrəsini nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, eləcə də ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu dərc olunub.

Nəşr Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün Azərbaycan dilində hazırlanıb. Həm Azərbaycan, həm də rus bölməsi üzrə abituriyentlər ixtisas seçimində bu jurnaldan istifadə edirlər. Jurnalda “Azərbaycan bölməsi”, “Rus bölməsi” və “Azərbaycan və rus bölmələri üzrə birgə” qəbul aparılan ixtisaslar təqdim olunub.

DİM abituriyentlərə ixtisas seçimini həyata keçirməzdən əvvəl jurnalda yer alan müvafiq ixtisaslarla bağlı vacib qeydlərlə diqqətlə tanış olmağı tövsiyə edir.

Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Nəşri, həmçinin “abiturient.az saytı” və “Wolt” tətbiqi vasitəsilə sifariş etmək olar.

Jurnalın elektron (PDF) versiyası isə “abiturient.az” saytında istifadəçilərin ixtiyarına verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri