Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Abituriyentdən öncə... insan Şahanə Müşfiq yazır

Abituriyentdən öncə... insan Şahanə Müşfiq yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Yenə qəbul imtahanları mövsümüdür. Minlərlə gəncin aylarla hazırlaşdığı, bəzən isə illərlə xəyalını qurduğu günlər yaxınlaşır. Evlərdə gərginlik artır, valideynlər həyəcanlanır, müəllimlər nəticələri gözləyir, sosial şəbəkələrdə uğur hekayələri paylaşılır. Bütün bunların fonunda isə çox vaxt bir həqiqəti unuduruq: imtahan verənlər sadəcə abituriyent deyil, hələ formalaşmaqda olan gənc insanlardır.

Təəssüf ki, cəmiyyətimizdə ali məktəbə qəbul bəzən təhsildən daha böyük məna daşımağa başlayır. Sanki bir gəncin dəyəri topladığı balla, qəbul olduğu universitetlə və ya ixtisasla ölçülür. Halbuki insanın gələcəyini müəyyən edən amillər təkcə bir neçə saat ərzində verilən cavablardan ibarət ola bilməz, olmamalıdır.

Hər il qəbul imtahanları dövründə abituriyent ailələrində fərqli məyusluqlar yaşanır. Kimsə arzuladığı universitetə düşmür, kimsə gözlədiyi balı toplamır, kimsə isə ümumiyyətlə qəbul ola bilmir. Bu, əlbəttə, xoşagəlməz vəziyyətdir. Lakin ən təhlükəlisi nəticənin özü deyil, həmin nəticəyə verilən reaksiyadır.

"Biz sənin üçün bu qədər əziyyət çəkdik", "Qohumların yanında bizi utandırdın", "Filankəsin övladı bacardı, sən niyə bacarmadın?" kimi ifadələr bəzən adi söz kimi səslənsə də, hələ yeniyetməlik dövründə olan gəncin psixologiyasında dərin izlər buraxa bilir. Bir çox valideyn övladını motivasiya etdiyini düşünsə də, əslində onun üzərinə daşıya bilməyəcəyi bir yük qoyur.

Son illərdə diqqət çəkən başqa bir məqam da qəbul imtahanlarının tədricən sosial yarışa çevrilməsidir. Nəticələr açıqlandıqdan sonra yüksək bal toplayanların şəkilləri, uğur hekayələri, təbrik paylaşımları geniş şəkildə yayılır. Bu, təbii və sevindirici haldır. Lakin həmin paylaşımların kölgəsində qalan minlərlə gəncin yaşadığı hisslər haqqında çox az düşünülür. Cəmiyyət uğuru alqışlamağı bacardığı qədər, uğursuzluq yaşayanlara da dəstək olmağı öyrənməlidir.

Əslində, qəbul imtahanı insan həyatında qarşılaşacağı onlarla sınaqdan yalnız biridir. İş müsahibələri, peşə seçimləri, şəxsi həyatla bağlı qərarlar, müxtəlif uğursuzluqlar və yeni başlanğıclar insanı bütün ömrü boyu müşayiət edir. Gənclərə bu gün öyrədilməli olan ən vacib bacarıqlardan biri də məhz uğursuzluqla sağlam şəkildə davranmaqdır. Çünki həyata hazır olmaq yalnız qələbə qazanmağı deyil, məğlubiyyətdən sonra ayağa qalxmağı da bacarmaq deməkdir.

Bəzən valideynlər övladlarının gələcəyini düşündükləri üçün sərt davranmağa məcbur olduqlarını hesab edirlər. Lakin qayğı ilə təzyiq arasındakı sərhəd çox incədir. Gəncin yanında olmaq, ona dəstək vermək, nəticədən asılı olmayaraq güvən hissini qorumaq daha böyük motivasiya yaradır. Çünki insan özünü sevilən və qəbul olunan hiss etdiyi zaman uğur qazanmaq üçün daha güclü iradə nümayiş etdirə bilir.

Unutmaq olmaz ki, 17-18 yaşlı bir gənc hələ həyatın başlanğıc nöqtəsindədir. Onun qarşısında onlarla yol, yüzlərlə imkan var. Universitetə qəbul olmaq bu yollardan yalnız biridir. Uğursuzluq isə həyatın sonu deyil, sadəcə bir mərhələsidir.

Bu gün imtahan verən gənclərin çoxuna sabah hansı peşənin daha uyğun olacağını, hansı sahədə özlərini tapacaqlarını bəlkə də heç kim dəqiq deyə bilməz. Tarix uğursuz qəbul cəhdindən sonra böyük alimə, sənətkara, sahibkara və ya dövlət xadiminə çevrilən insanların nümunələri ilə zəngindir. Ona görə də bir nəticəni taleyin hökmü kimi qəbul etmək yanlışdır. Həyat çox vaxt insanın qarşısına gözləmədiyi qapılar açır və bəzən ən böyük uğurlar məhz ilk uğursuzluqlardan sonra başlayır.

Valideynlər, müəllimlər və yaxın çevrə bir məqamı xüsusilə nəzərə almalıdır ki, psixoloji təzyiq heç vaxt uğurun təminatı olmayıb. Əksinə, bəzən illərlə sağalmayan mənəvi yaraların, bəzən isə geri dönüşü olmayan nəticələrin səbəbinə çevrilə bilir. Sonradan peşmanlıq hissi ilə yaşamaqdansa, bu gün gənclərin yanında olmaq, onları anlamağa çalışmaq və nəticədən asılı olmayaraq dəyərli olduqlarını hiss etdirmək daha vacibdir.

Bu gün imtahan verən hər bir gəncin eşitməyə ehtiyacı olan cümlə bəlkə də budur: "Sənin dəyərin topladığın baldan daha böyükdür". Çünki bir imtahan insanın biliyini müəyyən qədər ölçə bilər. Amma onun şəxsiyyətini, potensialını, gələcəyini və həyatdakı yerini müəyyən edə bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri