Icma.az
close
up
RU
Abituriyentlər imtahanlardan niyə razı qalmırlar?

Abituriyentlər imtahanlardan niyə razı qalmırlar?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanında bir çox abituriyent sualların çətinliyindən şikayətlənib. Bu, imtahanlarda proqram materiallarından kənar sualların verilməsi ilə bağlı suallar doğurur.

Təhsil eksperti Kamran Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, imtahanların təhlili zamanı yalnız sualların çətinliyi deyil, həm də onların elmi-məzmun keyfiyyəti, texniki düzgünlüyü və psixoloji yükləmə səviyyəsi ilə bağlı ciddi narazılıqlar ortaya çıxıb:

“Dövlət İmtahan Mərkəzinin bu qədər önəmli mərhələdə yenə də elmi səhvlərə və qeyri-birmənalı suallara yol verməsi cəmiyyətin təhsil sisteminə olan inamını sarsıdır. Qəbul imtahanları “Təhsil haqqında” Qanunun 13.3-cü maddəsinə əsasən şəffaf və bərabər imkanlar prinsipi ilə təşkil edilməlidir. Lakin təqdim olunan bəzi suallar bu prinsiplərlə ziddiyyət təşkil edir. Riyaziyyat, coğrafiya, tarix, kimya və informatika fənləri üzrə bir sıra suallar elmi baxımdan qeyri-dəqiq, bəziləri isə tamamilə səhv idi. Məsələn, I qrup üzrə informatika sualında cavablar birmənalı deyildi, III qrup üzrə coğrafiya və tarixdə termin və faktlarla bağlı qeyri-dəqiqliklər ciddi narazılıq yaratdı. Bu hallar təsadüfi yox, sistemli xarakter daşıyır və illərdir təkrarlanır".

Ekspert əlavə edib ki, abituriyentlərin imtahanda yüksək stress yaşaması onların nəticələrinə birbaşa təsir göstərir:

“Suallar təkcə çətin deyil, həm də bəzi hallarda gözlənilməz və proqramda əhəmiyyətsiz hesab olunan detallardan hazırlanır. Bu isə abituriyentin ümumi bilik səviyyəsini deyil, əzbərçiliyi və təzyiq altında işləmə bacarığını ölçür. Nəticədə qəbul prosesi məqsədyönlü yox, eliminasiya xarakteri daşıyır”.

K.Əsədov hesab edir ki, bu kimi problemlərin qarşısını almaq üçün test suallarının hazırlanmasında akademik heyət, ali məktəb müəllimləri və metodistlərin iştirakı təmin olunmalı, suallar psixometrik analizlərdən keçməli və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Onun fikrincə, elmi səhvlərə görə məsul şəxslərin adlarının açıqlanması ictimai nəzarəti gücləndirər və məsuliyyət hissini artırar.

İkinci imtahan mərhələsi ilə bağlı gözləntilərini də bölüşən təhsil eksperti deyib:

“Suallar proqram materialına tam uyğun hazırlanmalı, təhlil və nəticə çıxarma bacarığını yoxlamalı, elmi və terminoloji səhvlər minimuma endirilməlidir. Eyni zamanda, psixoloji stressi azaldan, amma düşünməyə vadar edən suallar imtahanın daha ədalətli və inkişafyönümlü olmasına şərait yaradar. Əks halda, ikinci mərhələ birincinin təkrarı olacaq və ictimai narazılıq artacaq. Bu isə universitetlərə qəbul olunan tələbələrin səviyyəsinə, ali təhsildə keyfiyyətə və ümumilikdə təhsil sisteminə ciddi zərbə vuracaq. İimtahan sistemində islahatlar yalnız texniki dəyişikliklərlə deyil, elmi məsuliyyət, ictimai nəzarət və şəffaf idarəetmə prinsipləri ilə aparılmalıdır".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri