Icma.az
close
up
RU
Abituriyentlərə xəbərdarlıq: İxtisas seçimini hər ekspert ə etibar etməyin

Abituriyentlərə xəbərdarlıq: İxtisas seçimini hər ekspert ə etibar etməyin

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra abituriyentlər üçün ən vacib mərhələlərdən biri olan ixtisas seçimi başlayır. 


Bu dövrdə isə sosial şəbəkələrdə özünü təhsil eksperti və ya ixtisas seçimi üzrə məsləhətçi kimi təqdim edən şəxslərin sayı da artır.


Onlar müxtəlif vədlərlə abituriyent və valideynlərə xidmətlərini təklif edir, uğurlu seçim edəcəklərini iddia edirlər.

Bəs bu şəxslərə etibar etmək nə dərəcədə doğrudur? Onların həqiqətən peşəkar olub-olmadığını necə müəyyən etmək olar?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Rəvan Əliyev bildirib ki, hər il ixtisas seçimi dövründə sosial şəbəkələrdə bu sahə üzrə özünü ekspert kimi təqdim edən şəxslərin sayının artması cəmiyyətdə müəyyən narahatlıq doğurur: 

"İxtisas seçimi hər hansı texniki prosedur deyil, gəncin gələcək peşə fəaliyyətini, sosial statusunu və həyat trayektoriyasını müəyyənləşdirən mühüm qərardır. Məhz buna görə də hər il ixtisas seçimi dövründə sosial şəbəkələrdə bu sahə üzrə özünü ekspert kimi təqdim edən şəxslərin sayının artması cəmiyyətdə müəyyən narahatlıq doğurur. Hesab edirəm ki, abituriyentlər və valideynlər ilk növbədə bu sahədə xidmət göstərən şəxslərin peşəkar səriştəsini qiymətləndirməlidirlər. İxtisas seçimi yalnız keçid ballarını bilməkdən ibarət deyil".

Rəvan Əliyev qeyd edib ki, etibarlı mütəxəssisi müəyyənləşdirmək üçün bir neçə əsas meyar nəzərə alınmalıdır:

"Təəssüf ki, bəzi şəxslər özünü təhsil eksperti kimi təqdim edir, lakin onların bu sahədə nə elmi hazırlığı, nə praktik fəaliyyəti, nə də peşəkar təcrübəsi olur. Etibarlı mütəxəssisi müəyyənləşdirmək üçün bir neçə əsas meyar nəzərə alınmalıdır: onun ali təhsil sahəsində fəaliyyəti, elmi dərəcəsi, universitetlər və qəbul sistemi ilə bağlı praktik təcrübəsi, ictimai nüfuzu, əvvəlki uğurlu nəticələri və fəaliyyətinin şəffaflığı. Eyni zamanda, peşəkar məsləhətçi heç vaxt qərarı yalnız bal göstəricisinə əsasən vermir. O, abituriyentin maraqlarını, qabiliyyətini, fərdi xüsusiyyətlərini, gələcək əmək bazarının tələblərini və uzunmüddətli karyera perspektivlərini kompleks şəkildə təhlil edir".

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 İyul 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri