Icma.az
close
up
RU
Abituriyentlərin DİQQƏTİNƏ Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

Abituriyentlərin DİQQƏTİNƏ Qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu aydan etibarən 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara start veriləcək. Xüsusilə buraxılış, blok, magistratura imtahanları diqqət mərkəzindədir. Buna görə də bu il imtahanların çətinlik səviyyəsi, plan yerlərinin nə qədər olacağı, keçid ballarının artıb-artmayacağı imtahan verəcək şəxsləri əsas maraqlandıran məsələdir.
Bəs qəbul imtahanlarıyla bağlı ümumi proqnozlar nələrdir?
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib. O ilk olaraq, magistratura imtahanlarıyla bağlı açıqlama edib.
Qeyd edək ki, fevralın 15-də ilk olaraq magistratura səviyyəsinə qəbul imtahanının I cəhdi keçiriləcək. Ekspert düşünür ki, DİM magistratura imtahanını mütləq asan etməlidir:
"Dövlət İmtahan Mərkəzi magistratura imtahanını asanlaşdırmalıdır. Ötən il 60 min məzundan 23 mini magistraturaya sənəd verib. Buna əvvəlki illərdən olan məzunlar da daxil idi. Bu da gənclərin magistraturaya marağının olmamasını göstərir. Buna görə də imtahan formatı dəyişdirilməsə belə, asanlaşdırılmalıdır. Müsabiqə şərtlərini ödəyənlərin sayı plan yerindən az olarsa, burada problem yaranacaq".
Martın 9-da və 15-də 11 illik, aprelin 5-i,  12-i və 26-ı isə 9 illik  təhsil səviyyələri üzrə buraxılış imtahanları keçiriləcək.
Bəs bu imtahanlar üçün gözləntilər nələrdir?
Müsahibimiz bildirib ki, buraxılış imtahanı ötən ildən daha asan olacaq:
"Son 2 il ərzində buraxılış imtahanları asanlaşıb, bu da daha çox abituriyentin yüksək bal toplamasına səbəb olub. Bu il də sualların çətin və ya problemli olmayacağını düşünürəm. Əslində, belə də olmalıdır. Çünki buraxılış imtahanları qəbul  prosesinin tərkibi olmaqla yanaşı, şagirdlərin attestatına təsir göstərən final imtahanıdır".
Həmçinin qeyd edək ki, 11 illik təhsil səviyyəsi üzrə ixtisas qrupları üzrə qəbul imtahanları maydan etibarən keçirilməyə başlayacaq.

Ramin Nurəliyev hesab edir ki, qəbul imtahanıyla proqnozlar yalnız buraxlılışın nəticəsindən sonra bəlli ola bilər.
"Blok imtahanlarına  hələ proqnoz vermək olmur. Çünki DİM bu imtahanı buraxılış imtahanına əsasən  hazırlayacaq.  Əgər buraxılışın nəticələri müsbət olmasa, blok imtahanı asanlaşdırıla bilər. Ancaq ümumilikdə bütün qəbul imtahanlarının asanlaşdırılmasının tərəfdarıyam. Yəni, çətin imtahanlar həm abituriyentlərə psixoloji cəhətdən mənfi təsir edir, həm də nəticədə, təhsil səviyyəmiz aşağı düşür. Suallar asanlaşsa, keçid balları qalxacaq. Bu da həmin ixtisasların dəyərini ortaya qoyacaq.
Ünumilikdə isə, buraxılış imtahanlarının asan olacağını düşünürəm, magistratura imtahanları isə mütləq asanlaşdırılmalıdır. Buraxılış imtahanları keçən ilki səviyyədə olarsa, blok da elə olacaq".
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Fevral 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri