Icma.az
close
up
RU
Abituriyentlərin intiharının səbəbkarı valideynləri imiş?

Abituriyentlərin intiharının səbəbkarı valideynləri imiş?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbul imtahanlarında gözlədiyi nəticəni əldə edə bilməyən abituriyentlər, bəzən depressiyaya düşərək çıxış yolu tapa bilmirlər.

Təəssüf ki, bu vəziyyət onların özlərinə zərər verməsinə, hətta intihar etməsinə səbəb ola bilir.

Belə hallarda valideyn dəstəyi abituriyentlər üçün çox vacibdir.

Bəs valideynlər bu dövründə uşaqlarda intihar meyillərinin yaranmaması üçün necə dəstək olmalıdır?

“Cebheinfo.az”-a mövzu ilə bağlı açıqlama verən psixoloq Sevinc Həbibova bildirib ki, valideynlər aşağı bal toplayan uşaqlarına dəstək olmalı və seçim azadlığı verməlidir:

“Aşağı bal toplayan abituriyentlər, gərəkərsə gələn il və ya digər illərdə də imtahan verib istədiyi nəticəni əldə edə bilər. Lakin düşünürlər ki, ətrafdakı insanlar, dostları onlara pis baxır və buna görə özlərini gücsüz hiss edir. Nəticədə belə gənclər intihara əl ata bilir.

Valideynlər bütün hallarda nəticələri təbəssümlə qarşılamalı, aşağı bal toplayan uşaqlarına növbəti illərdə də özünü yoxlama şansının olduğunu bildirməlidir. Valideynlərdən xahiş edirəm ki, uşaqlara ən azından qrup seçimində azadlıq versinlər”.

Onun sözlərinə görə, seçim sərbəstliyi uşaqların psixoloji vəziyyətini yaxşılaşdırır:

“Bəzən olur ki, uşaq III ixtisas qrupunu seçmək istəyir, lakin valideyn V ixtisas qrupunu seçməkdə israrcı olur. Tam azadlıq vermək də düzgün deyil, əlbəttə ki, yerində məsləhət yaxşıdır. 

Valideynlər bilir uşağı üçün hansı seçim yaxşıdır, amma uşaqlara normada sərbəslik verildikdə bu həm onların seçimlərinə, həm  də psixoloji sağlamlığına müsbət təsir edir”.

Psixoloq qeyd edib ki, ailə dəstəyi görən uşaqlar çətin vəziyyətlərdə belə özünü xoşbəxt hiss edir:

“Abituriyetlərin ilk motivasiya mənbəyi valideynləridir. Ətraf mühüt məsələyə təsir edən digər amillərdəndi. Uşaq ilk əvvəl ailədə tərbiyə alıb, sonra cəmiyyətə qarışır. Ailədə fikirləri dəstəklənən uşaqlar kənarda xoşbəxtlik axtarmır.

Valideynlər imtahan, ixtisas seçimi dövründə uşaqlarına daha ilgili, diqqətli olmalıdır. Uşaqların qarşısına bal tələbi qoyulmamalıdır. Belə tələb qoyulduğu halda uşaqlar imtahanda daha stressli olur.

İmtahan və ya seçim dövründə valideynlər uşaqlarına güvən hissi aşılamalı, nəticənin necə olacağından asılı olmayaraq onların yanında olduğunu bildirməlidir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Abituriyentlər intihar Sevinc Həbibova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri