Icma.az
close
up
RU
ABŞ 3 müharibəyə müdaxilə edir, 4 cünü fəlakət sayır...

ABŞ 3 müharibəyə müdaxilə edir, 4 cünü fəlakət sayır...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur. Bu arada, ABŞ tərəfdaşlarıyla Qəzza planını həyata keçirməyə çalışır. Qərb mənbələri HƏMAS qruplaşmasının tərk-silah olunmasına razılıq verdiyi xəbərlərini yayırlar. Ancaq bu, o halda mümkün olacaq ki, İsrail hərbi birliklərini Qəzza bölgəsindən çəksin. Rusiya-Ukrayna müharibəsində isə dəyişən heç nə yoxdur, qarşılıqlı raket və dron atışları davam edir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Vaşinqton İranla müharibəni davam etdirdiyi, Qəzza ilə bağlı planın icrasına başladığı və Rusiya-Ukrayna müharibəsini bitirmək üçün yenidən vasitəçilik təşəbbüslərinə geri dönəcəyini elan etdiyi dönəmdə Çini də diqqətdən kənar qoymayıb:

“ABŞ dövlət katibi Mark Rubio “Foks Nyus” telekanalına son müsahibəsində bildirib ki, Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Rubionun sözlərinə görə, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-ın milli maraqları qurban verilməməlidir.

Rubio Pekinlə dialoqa baxmayaraq, ölkəsinin milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyinə də işarə edib. Onun “biz bu prosesləri tənzimləməliyik, ancaq dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur” cümləsi də bundan xəbər verir. Rubio bunu deyərkən Tayvanı xatırladıb. Rubio Vaşinqtonun təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxdığını bildirib. “Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq” – deyən dövlət katibi Vaşinqtonun ikitərəfli görüşlər zamanı bu mövqeyi Çin tərəfinə aydın şəkildə çatdırdığını xatırladıb.

Rubionun ikibaşlı açıqlaması Pekini rahatlatmaz. Çünki Rubio bir tərəfdən Pekinlə normal münasibətlərə çalışdığını, digər tərəfdən Vaşinqtonun Tayvan məsələsində qəti mövqeyindən geri çəkilmədiyini bildirib. Halbuki Pekinin qərarı qətidir:

“Tayvan Çinə aiddir və birləşmə prosesinə heç bir dövlət, o cümlədən ABŞ mane olmamalıdır”.

Pekin Vaşinqtonun dünyadakı resurslar uğrunda sərt mübarizəsindən də şikayətçidir. Süni intellekt sahəsi iki ölkə arasında kəskin rəqabət meydanına çevrilib. Çin özünü dünyaya geniş şəkildə təqdim edilməli olduğunu söyləyən aşağı qiymətli, açıq mənbəli süni intellekt texnologiyasının çempionu kimi təqdim edir. Mövcud durum Ağ Ev administrasiyasını ciddi narahat edir. Tramp administrasiyası hesab edir ki, Çin süni intellekt modellərini tənzimləmək yolunu seçib. Pekin isə əksinə, ABŞ-ı “süni intellekt hegemonluğunda" günahlandırır. Digər tərəfdən Çin hakimiyyəti süni intellekt sistemlərinin sərt senzura filtrlərini aşa biləcəyindən narahatdır. Çinin süni intellekt sahəsində ABŞ-la rəqabət aparmaq üçün qlobal bir təşkilat yaratması qərarı Pekinin Vaşinqtonu qabaqlamaq istəyindən irəli gəlir. Çinin rəhbərliyi ilə ötən ay qurulan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatına (WAICO) 29 ölkə qoşulub. Təsis müqaviləsi Şanxayda keçirilən mərasimdə imzalanıb. Çin süni intellekt sahəsində ətrafına daha çox tərəfdaş toplamaqla Vaşinqtonun “Süni intellekt Fəaliyyət Planı” ilə rəqabətə hazırlaşır. Süni intellektin inkişafı sahəsində geri qalan ölkələr isə bu sahədə daha irəlidə olan ya ABŞ, ya da Çinə qoşulacaqlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Avqust 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri