Icma.az
close
up
RU
ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün üstünlük verilən bir istiqamətə çevrilib

ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün üstünlük verilən bir istiqamətə çevrilib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

17 may tarixində "Landmark"ın "Rotunda" binasında EducationUSA tərəfindən təşkil olunan təhsil sərgisi keçirilib.

Bizimyol.info xəbər verir ki, EducationUSA tərəfindən təşkil olunan təhsil sərgisində ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Huqo Gevara çıxış edib. Ssərgiyə maraq göstərən tələbələri və valideynləri salamlayan Huqo Gevara, 30-dan çox ABŞ ali təhsil müəssisəsinin Azərbaycanlı və Amerikalı məzunlar tərəfindən təmsil olunduğunu görməkdən böyük məmnunluq duyduğunu ifadə edib.

"EducationUSA proqramımızın icraçıları olaraq bu tədbirin mümkün olmasına görə American Councils komandasından Cordan, Rəmilə və Jaləya təşəkkürümü bildirmək istəyirəm. Bu gün burada könüllü kimi iştirak edən səfirliyimizin əməkdaşlarına və onların ailə üzvlərinə də təşəkkür edirəm – onlar da öz universitetlərinin məzunlarıdır"-deyə Müvəqqəti İşlər Vəkili əlavə edib.

Ali təhsil planlaşdırılmasının həyəcanverici, eləcə də çətin bir proses olduğunu qeyd edən Huqo Gevara, özünün və oğlunun bu istiqamətdə keçdiyi prosesdən bəhs edib: "Bu prosesə yeni başlayanların yaşadığı həyəcanı və artıq bu mərhələdən keçmiş olanların nailiyyətini tam anlayıram və yüksək qiymətləndirirəm".

ABŞ-ın ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün üstünlük verilən bir istiqamətə çevrildiyini bildirən Huqo Gevara, son illərdə ABŞ-da təhsil alan azərbaycanlıların sayında əhəmiyyətli dərəcədə artım olduğunu vurğulayıb: "2023–2024-cü tədris ilində 1,130 azərbaycanlı ABŞ-da təhsil alıb – bu, əvvəlki illə müqayisədə 25.4 faiz artım deməkdir. Bu, ardıcıl dördüncü ildir ki, biz belə əhəmiyyətli artım müşahidə edirik. Bu rəqəmlər ABŞ təhsilinin keyfiyyətinə artan marağı və etimadı əks etdirir. Bir çox tələbə ABŞ universitetlərini seçir, çünki Amerika təhsildə dünya lideridir. Dünyanın ən yaxşı universitetlərindən bəziləri bizdə yerləşir və müxtəlif təqaüd imkanları – o cümlədən fərdi universitetlər tərəfindən təqdim olunan idman təqaüdləri – mövcuddur. Azərbaycanlı tələbələr ABŞ-da təhsil alarkən təkcə yüksək səviyyəli təhsil əldə etmirlər – onlar həm də mədəniyyət elçilərinə çevrilir, dostluqlar qurur və Azərbaycanın gələcəyinin formalaşmasına töhfə verəcək yeni ideyalarla geri qayıdırlar".

"ABŞ-da 5,000-dən çox universitet və kollec var və onların hər biri müxtəlif proqramlar təklif edir. Buna görə də haradan başlamaq lazım olduğunu bilmək çətin ola bilər. Məhz buna görə də ABŞ Səfirliyi EducationUSA proqramını dəstəkləyir. EducationUSA sizə və ya övladınıza uyğun təhsil müəssisəsi və proqram tapmaqda kömək edə bilər. Bütün potensial tələbələri burada olan məzunlarla ünsiyyət qurmağa, EducationUSA və Səfirliyin mübadilə proqramları stendlərinə baş çəkməyə, suallar verməyə və müxtəlif imkanları müzakirə etməyə çağırıram. Bu sərgidən dialoq, şəbəkələşmə və ilham platforması kimi faydalanmağa çalışın. Universitet axtarışında sizə uğurlar arzulayıram"-deyə ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Huqo Gevara çıxışını yekunlaşdırıb.

Tədbirdə 30-dan çox stend təqdim olunub. ABŞ universitetlərinin azərbaycanlı məzunları və səfirliyin nümayəndələri müxtəlif sahələr üzrə ABŞ-da təhsil imkanları, eləcə də mübadilə proqramları barədə təcrübə və məlumatları qonaqlarla bölüşüb.

Sərgidə tələbə və valideynlərə bakalavriat, magistratura və mübadilə proqramları da daxil olmaqla, ABŞ-da təhsil haqqında birbaşa məlumat əldə etmək imkanı yaradılıb. Səfirliyin konsulluq əməkdaşları da sərgidə iştirak edib, tələbə vizaları barədə abituriyentlərə və məzunlara prosedur haqqında ətraflı məlumat verilib.

Bizimyol.info xəbər portalı sərgidən görüntüləri təqdim edir:

Bu gönderiyi Instagram'da gör

Bizim Yol (@bizimyolinfo)'in paylaştığı bir gönderi

Orxan, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri