ABŞ altı sənaye sahəsində yeni rüsumlar tətbiq edə bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ administrasiyası Ağ Evin tarif siyasəti ilə bağlı Ali Məhkəmənin qərarından sonra altı sənaye sahəsində yeni gömrük rüsumlarının tətbiqini nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ hakimiyyəti iri tutumlu batareyalara, plastik borulara, sənaye kimyəvi maddələrinə, eləcə də enerji sistemləri üçün avadanlıqlara və telekommunikasiya texnikasına rüsum tətbiq etməyi planlaşdırır.
Qeyd olunur ki, Vaşinqton administrasiyası bunun üçün prezidentə tariflər sahəsində geniş səlahiyyətlər verən Ticarət haqqında Qanunun 232-ci maddəsindən istifadə etmək niyyətindədir.
Ağ ev aparat rəhbərinin müavini Stiven Miller ötən həftə bildirib ki, Ali Məhkəmə ABŞ prezidentinin, o cümlədən 232-ci maddəyə əsasən, rüsum tətbiq etmək səlahiyyətinə malik olduğunu təsdiqləyib.
Yeni tariflərin nə vaxt elan olunacağı barədə hələlik məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 Fevral 2026 06:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















