Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri təhlil edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan Texniki Universitetində 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin müzakirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkə üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri, qəbul planının yerinə yetirilməsi, ixtisaslar üzrə plan yerlərinin dolmasına dair göstəricilər və abituriyentlərin seçim meyilləri təhlil olunub.
Çıxışlarda orta ixtisas təhsilinin ölkənin kadr potensialının gücləndirilməsində, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasında böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, bu sahədə prioritetlərdən biri tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və məzunların praktiki bilik və bacarıqlarının artırılmasıdır.
Müzakirələr zamanı qəbul göstəriciləri ilə yanaşı, ayrı-ayrı ixtisaslara maraq, təhsil müəssisələrinin mövcud imkanları, kadr hazırlığının keyfiyyəti və gələcək dövr üçün qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Həmçinin orta ixtisas təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsinin, tələbələrin istehsalat təcrübəsinin və peşə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Tədbir qarşılıqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Müxbir – Tünzalə Arazlı
Fotoqraf – Nicat Haşımov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















