Icma.az
close
up
RU
Coğrafi uzaqlıq siyasi yaxınlaşmaya mane olmur

Coğrafi uzaqlıq siyasi yaxınlaşmaya mane olmur

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vyetnamla strateji tərəfdaşlıq Azərbaycanın Asiya siyasətinə yeni dinamika gətirir

Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiyanın iki suveren mərkəzi arasındakı diplomatik məsafə Hanoyda aparılan yüksək səviyyəli siyasi danışıqlarla rəsmi olaraq aradan qaldırılır. Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunqun Azərbaycanda yaxın vaxtlarda səfirlik açılacağını bəyan etməsi iki paytaxtın geosiyasi gündəliyində yeni mərhələnin başladığını göstərir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri isə sadəcə protokol xarakteri daşımır. Bu təmaslar 2025-ci il mayın 7-də Bakıda rəsmiləşdirilmiş Strateji Tərəfdaşlıq Bəyannaməsinin siyasi-institusional vasitələrlə təmin edilməsinə yönəlib. 

Hanoyda keçirilən görüşlər Azərbaycan diplomatiyasının Vyetnamla münasibətlərə verdiyi strateji önəmi aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunqla yanaşı, Milli Assambleyanın Sədri Tran Than Man ilə də yüksək səviyyəli danışıqlar aparıb. Dövlətimizin başçısının Ho Şi Min mavzoleyini və İnqilab Şəhidləri Abidəsini ziyarət etməsi isə Vyetnamın dövlətçilik tarixinə və milli dəyərlərinə göstərilən yüksək siyasi ehtiramın ifadəsidir. İcraedici və qanunverici hakimiyyət rəhbərləri ilə keçirilən paralel görüşlər münasibətlərin parlamentlərarası müstəvidə inkişafına və əldə olunan razılaşmaların institusional əsaslarla möhkəmləndirilməsinə xidmət edir.

İkitərəfli siyasi əlaqələrin hazırkı yüksəlişi Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Prezidenti To Lamın 2025-ci ilin mayında Azərbaycana gerçəkləşdirdiyi dövlət səfəri ilə sistemli xarakter aldı. Baş nazir Le Minh Hunq çıxışında vurğuladı ki, məhz bu səfər və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığın daha da səmərəli inkişafı üçün geniş imkanlar açıb. Hökumət başçısı yeni mərhələdə Azərbaycanın Vyetnama dəstəyini davam etdirəcəyinə ümidvar olduğunu da ifadə etdi.

1959-cu ildən 2026-cı ilə qədər uzanan tarixi dövr Bakı ilə Hanoy arasında münasibətlərin dəyişən beynəlxalq şəraitə uyğun inkişafını əks etdirir. Soyuq müharibə illərində müstəmləkəçiliyə və xarici müdaxilələrə qarşı mübarizə zəminində formalaşan həmrəylik XXI əsrdə çoxqütblü dünya nizamı, suverenlik və müstəqil xarici siyasət prinsipləri ətrafında yeni məzmun qazanıb. Həm Azərbaycan, həm də Vyetnam tarixi təcrübələrinə əsaslanaraq milli maraqların qorunmasının, daxili sabitliyin təmin edilməsinin və xarici siyasətdə müstəqil qərarların verilməsinin vacibliyini vurğulayırlar.

Tarixi dostluğun real siyasi həmrəyliyə çevrilməsinin mühüm nümunələrindən biri 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı özünü göstərdi. 

Prezident İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşündə qeyd etdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə apardığı dövrdə Vyetnam xalqı və hökuməti ölkəmizə siyasi dəstək və həmrəylik nümayiş etdirib. Həmin vaxt BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Vyetnam münaqişə ilə bağlı məsələlərdə Azərbaycanın maraqlarına zidd təşəbbüsləri dəstəkləməyib. Hanoyun bu mövqeyi beynəlxalq hüququn prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə hörmət kontekstində Bakı üçün mühüm siyasi əhəmiyyət daşıyıb. 

***

Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət Azərbaycan ilə Vyetnamın xarici siyasət prioritetlərinin uzlaşdığını nümayiş etdirir. Hər iki dövlət Bandunq prinsiplərinə, suveren bərabərliyə və dövlətlərin daxili işlərinə qarışmamaq normalarına qətiyyətlə sadiqdir. Qlobal siyasətdə ikili standartların tətbiqinə qarşı Bakı və Hanoy oxşar mövqedən çıxış edirlər. Qlobal Cənub ölkələrinin beynəlxalq idarəetmə mexanizmlərində bərabərhüquqlu təmsilçiliyi məsələsi tərəflərin çoxtərəfli diplomatiyasında əsas yer tutur.

 Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı fəaliyyət Azərbaycan və Vyetnamın Asiya qitəsində təhlükəsizlik və sabitliyin qorunmasına verdiyi töhfənin mühüm istiqamətlərindən biridir. 2026-cı il oktyabrın 14-15-də Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə Vyetnamın vitse-prezidenti Vo Thi An Suanın iştirakı Hanoyun bu platformaya və Azərbaycanla siyasi dialoqa verdiyi önəmi nümayiş etdirdi. Prezident İlham Əliyev noyabrın 20-də keçirilən görüşdə vitse-prezidentlə Bakıda apardığı müzakirələri məmnunluqla xatırlatdı. Vyetnamın Azərbaycanın AQEM-ə 2026-2028-ci illər üzrə sədrliyinin uzadılmasını dəstəkləməsi isə çoxtərəfli platformalarda qarşılıqlı etimadın və siyasi əməkdaşlığın davamlılığını təsdiqləyir. 

Azərbaycan-Vyetnam siyasi dialoqunun davamlılığı hakim siyasi institutlar arasında formalaşan əməkdaşlıqla da möhkəmlənir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında qurulan əlaqələr siyasi təcrübə mübadiləsinə və idarəetmə sahəsində qarşılıqlı təmasların genişlənməsinə şərait yaradır. Xarici işlər nazirlikləri səviyyəsində aparılan müntəzəm siyasi məsləhətləşmələr isə qlobal böhranlar və beynəlxalq proseslər fonunda iki ölkənin mövqelərinin əlaqələndirilməsinə imkan verir.

Baş nazir Le Minh Hunqunun Azərbaycanın regionda mühüm mövqeyə malik dövlət olduğunu vurğulaması ölkəmizin geosiyasi əhəmiyyətinin Uzaq Şərqdə də yüksək qiymətləndirildiyini göstərir. Hanoy rəhbərliyi Azərbaycanın dəstəyi ilə Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Eyni zamanda, Azərbaycan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) məkanında Vyetnamın artan siyasi nüfuzundan istifadə edərək şərq istiqamətində diplomatik əlaqələrini şaxələndirir. Belə regional sinerji hər iki dövlətin qlobal təzyiqlər qarşısındakı manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Hanoy danışıqlarında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gətirilməsi tərəflər arasındakı yüksək siyasi etimadı nümayiş etdirir. Müdafiə və təhlükəsizlik sferasında tərəfdaşlıq yalnız dərin strateji etibarlılığa malik ölkələr arasında mümkün olur. Azərbaycanın 2020-ci il və 2023-cü il əməliyyatlarında tətbiq etdiyi müasir hərbi texnologiyalar və formalaşdırdığı müdafiə sənayesi potensialı Vyetnam tərəfi üçün maraq kəsb edir. 

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk rəsmi səfərindən və Vyetnam Prezidenti Truonq Tan Sanqın 2015-ci ildə Azərbaycana səfərindən 2026-cı ilin noyabrında Hanoyda keçirilən danışıqlara qədər Bakı-Hanoy münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib. Bu müddətdə Azərbaycan ərazi bütövlüyünü bərpa edərək regionda mövqelərini möhkəmləndirib, Vyetnam isə Asiya-Sakit okean hövzəsində iqtisadi və siyasi çəkisini artırıb. 2025-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkənin əməkdaşlığına yeni siyasi məzmun qazandıraraq onu regional çərçivədən daha geniş müstəviyə çıxarıb.

Tarixi dostluq üzərində qurulan bu tərəfdaşlıq BMT, Qoşulmama Hərəkatı, AQEM və ASEAN çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Vyetnamın Azərbaycanda səfirlik açmaq qərarı, parlamentlərarası əlaqələrin inkişafı və müdafiə sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. 

Bakı ilə Hanoy arasında formalaşan siyasi dialoq qarşılıqlı maraqlara, suverenliyə hörmətə və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanaraq gələcək illərdə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verəcək.

Yusif Şərifzadə

 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri