Icma.az
close
up
RU
“Rüfət Əzizov əvvəlcə öz universitetindəki problemləri həll etsin” DİM ə kim gələcək?

“Rüfət Əzizov əvvəlcə öz universitetindəki problemləri həll etsin” DİM ə kim gələcək?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunması ölkənin təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Uzun illərdir qəbul və buraxılış imtahanları sisteminə rəhbərlik edən şəxsin dəyişməsi DİM-in gələcək fəaliyyəti, imtahanların təşkili və təhsil sistemində mümkün yeniliklərlə bağlı suallar yaradıb.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan sabiq deputat, professor Etibar Əliyev bildirib ki, Məleykə Abbaszadədən sonra DİM-ə gələcək şəxs onun dövründə qurulan şəffaf sistemi qoruyub saxlamalıdır:

“Mən düşünürəm ki, Məleykə Abbaszadə 30 ildən artıq müddətdə bu quruma rəhbərlik etdiyi dövrdə burada mühüm islahatların aparılmasına imza atıb. Dövlət İmtahan Mərkəzi hazırda həm dövlət qulluğuna qəbul, həm də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu sahəsində ixtisaslaşmış qurumdur. Bu sistem kifayət qədər şəffaf və dürüst fəaliyyət göstərir, Azərbaycan vətəndaşlarının etimadını qazanıb. Məişət texnikası

Hər bir valideyn övladı orta məktəbi bitirərkən onun biliklərinin ədalətli qiymətləndiriləcəyinə inanır. Abituriyentlər də qazandıqları biliklərin şəffaf şəkildə qiymətləndiriləcəyinə əmindirlər. Ona görə də DİM-ə Məleykə Abbaszadədən sonra kimin rəhbər təyin olunmasından asılı olmayaraq, qurum öz şəffaflığını və obyektivliyini qoruyub saxlamalıdır.

Başqa yol yoxdur. Yeni təyin olunacaq şəxs bu məsuliyyəti dərindən dərk etməlidir. Cəmiyyətin quruma etimadı azalsa, bu, şübhəsiz ki, ciddi problemlərə və müəyyən təlatümlərə səbəb ola bilər. Çünki DİM cəmiyyətin etimadını qazanmış qurumdur”.

Etibar Əliyev Rüfət Əzizovun adının DİM rəhbərliyi üçün hallandığını, amma onun əvvəlcə öz universitetindəki problemləri həll etməli olduğunu bildirib:

“Məleykə Abbaszadəni 30 ildən artıq fəaliyyət göstərdiyi dövrdən tanıyıram. Onun rəhbərliyi ilə keçirilən tədbirlərdə, eləcə də yaradılmış İctimai Şuranın bir neçə iclasında iştirak etmişəm. Onunla çalışan mütəxəssislərlə də tanışam. Mənim fikrimcə, Məleykə Abbaszadə biliklərin qiymətləndirilməsi sahəsində mütəxəssislərin hazırlanmasına da az əmək sərf etməyib.

Bu məsələdə qərar vermək, şübhəsiz ki, cənab Prezidentin səlahiyyətindədir. Hazırda müxtəlif namizədlərin adları hallanır. Bəzi şəxslərin, hətta özlərini artıq həmin vəzifədə görənlərin olduğu barədə fikirlər səsləndirilir. Onların arasında bir neçə rektorun, xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun da adı çəkilir.

Mənim şəxsi qənaətim belədir ki, Rüfət Əzizov əvvəlcə rəhbərlik etdiyi Neft və Sənaye Universitetində dönüş yaratmağa çalışmalıdır. Hazırda universitetdə idarəçiliklə bağlı müəyyən problemlər və narazılıqlar mövcuddur. Əgər o, bu məsələləri həll edə və universitetdə müsbət dəyişikliklərə nail ola bilsə, bu, daha məqsədəuyğun olar.

Yenə də qeyd edirəm ki, seçim cənab Prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, həmin quruma elə bir şəxs rəhbər təyin olunmalıdır ki, mövcud prinsipləri qorusun və sistemin fəaliyyətində hər hansı pozuntuya yol verməsin. Çünki sistemin bir elementi sıradan çıxarsa, bütövlükdə sistemin fəaliyyəti təhlükə altına düşə bilər”.

O, Məleykə Abbaszadənin BDU-ya rektor təyin olunmasını müsbət qarşıladığını, universitetdə əvvəlki rəhbərlik dövründə şəxsi maraqların önə çəkildiyini deyib:

“Hələlik cəmiyyət də, jurnalistlər də bu məsələdə bir qədər tələsirlər. Qarşıda nə qəbul imtahanları, nə buraxılış imtahanları, nə də dövlət qulluğuna qəbul imtahanları var. Bunun üçün müəyyən vaxt mövcuddur. Düşünürəm ki, həmin müddət ərzində layiqli namizəd tapılacaq və təyinat həyata keçiriləcək.

Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin olunmasına gəlincə, mən bunu müsbət qiymətləndirmişəm. Çünki Bakı Dövlət Universiteti ölkəmizin ən qədim ali təhsil müəssisəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb, ümummilli liderimiz Heydər Əliyev də bu universitetin məzunu olub. Təəssüf ki, son illərdə universitetə rəhbərlik edən şəxslərin şəxsi ambisiyaları bəzən ictimai mənafedən və universitetin dəyərlərindən üstün tutulub. Bu dövr müəyyən xoşagəlməz hadisələrlə yadda qalıb. Ona görə də Məleykə Abbaszadənin qısa müddətdə universitetdə əsaslı inkişaf əldə etməsi asan olmayacaq.

Buna baxmayaraq, Məleykə Abbaszadənin böyük təcrübəsi var. O, alimdir, xüsusilə iqtisadiyyat sahəsində elmi fəaliyyəti mövcuddur. Məleykə xanım alimin və elmin dəyərini, təhsilin əhəmiyyətini yaxşı bilir. İnanıram ki, o, universitetin inkişafı üçün lazımi dəstəyi də təmin edə biləcək. Bunun üçün universitetin inkişafına töhfə verəcək, müvafiq sahələr üzrə təcrübəli və bacarıqlı insanların dəstəyi vacibdir”.

Onun fikrincə, BDU-nun inkişafı üçün maliyyə dəstəyi artırılmalı, laboratoriyalar yaradılmalı və elmi layihələrə daha çox vəsait ayrılmalıdır:

“Əsas məsələ universiteti hazırkı böhran vəziyyətindən çıxarmaqdır. Bu gün universitetin inkişafı üçün böyük maliyyə vəsaiti tələb olunur. Laboratoriyaların yaradılması, ən azı kiçik startap layihələrinin həyata keçirilməsi, elmi tədqiqatların aparılması, alimlərin xarici ölkələrdə təcrübə keçməsi ciddi maliyyə dəstəyi tələb edir. Lakin hazırda universitetlərimizin maliyyə imkanları məhduddur. Bu vəziyyətin əsas səbəblərindən biri barədə isə çox danışılmır. Mən heç kimin toxunmadığı bir məsələyə diqqət çəkmək istəyirəm. Universitetlərin maliyyə imkanlarının məhdud olmasının səbəblərindən biri də Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi maliyyə bölgüsü siyasətidir. Nazirlik hər il universitetlərin büdcəsindən milyonlarla manat vəsaiti ayıraraq Təhsilin İnkişafı Fonduna köçürür.

Həmin vəsaitlər müxtəlif layihələrə xərclənir. Halbuki universitetlər özləri də həmin maliyyə hesabına layihələr müəyyənləşdirə və həyata keçirə bilərlər. Niyə universitetlər bu vəsaiti öz ehtiyaclarına uyğun layihələrin maliyyələşdirilməsinə yönəldə bilməsinlər? Eyni zamanda, həmin vəsait müəllimlərin əməkhaqlarına əlavələrin edilməsi və ya əməkhaqlarının diferensiallaşdırılması üçün istifadə oluna bilməzmi? Məncə, real problemlərdən biri məhz budur”.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri