Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Netanyahu ABŞ yə səfər edəcək

ABŞ Avropa müttəfiqliyi sona yetir Türkiyə faktoru önə çıxır

ABŞ Avropa müttəfiqliyi sona yetir Türkiyə faktoru önə çıxır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna məsələsində ABŞ-nin haradasa Rusiya ilə uzlaşması Avropanı narahat edir. Avropa-ABŞ münasibətləri, müttəfiqliyi sual altına düşür. 28 fevral tarixli Tramp-Zelenski görüşündən sonra Avropa liderlərinin Ukrayna prezidentinə dəstək paylaşımları da belə deməyə əsas verir. Ondan öncə ABŞ administrasiyasının Avropaya verdiyi mesajlar iki tərəf arasındakı müttəfiqliyin artıq olduqca kövrək olduğunu göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, ABŞ-Avropa münasibətlərinin tədricən daha balanslı şəkildə formalaşacağını gözləmək olar:

“Zelenskiyə Avropanın dəstək verməsi Rusiyanın Ukrayna ilə bağlı proseslərdə önə çıxması və geosiyasi manevr imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Ukraynaya dəstək verməklə onu masada və siyasi arenada dik tutmağa çalışırlar. Təbii ki, bu həm də Avropa ilə ABŞ arasında münasibətlərin sərtləşməsinə xidmət edir. Avropada artıq həm Fransadan, həm Böyük Britaniyadan, xüsusilə də Almaniyadan belə səslər yüksəlir ki, artıq ABŞ-nin təhlükəsizlik rolu oynamadığı geosiyasi balans qurmalıyıq. Avropanın ABŞ ilə bugünkü iqtisadi balans, siyasi münasibətlərinin mənzərəsi yetərincə dərindir. Bu, son 80 ilin müxtəlif siyasi, iqtisadi, mədəni, texnoloji istiqamətlərini özündə ehtiva edən ciddi və köklü prosesdir. Bunun birdən-birə dəyişməsi, köklü şəkildə ortadan qalxması çox gözlənilmir. Amma yavaş-yavaş ənənəvi ABŞ-Avropa münasibətlərinin daha balanslı şəkildə formalaşması gözlənilə bilər.  Təbii ki, burada ciddi iqtisadi imkanların, siyasi iradənin, hərbi potensialın meydana girməsi çox vacibdir. Bugünkü vəziyyətdə bunların qısa müddətdə həyata keçməsi çox da mümkün görünmür”.

Ekspert qeyd edib ki, bu proses ilk növbədə iqtisadi baxımdan özünü göstərəcək:

“ Amerikalılar, bəli, siz özünüzə baxın deyirlər, amma bu, ilk növbədə iqtisadi cəhətdən özünü göstərəcək. ABŞ Avropaya onları qoruduğunu, amma bunun ciddi xərc tələb edən məsələ olduğunu deyir. Yəni bu xərclərin qarşılanmasını istəyir. Bir sözlə, avropalılardan hərbi büdcələrini artımlarını istəyir.  Bayden administrasiyası dövründə bu həcmin ÜDM-in 2%-i tələb olunurdu. Tramp administrasiyası isə bu miqdarın kifayət etmədiyini,  bunun 5%-ə çatmalı olduğunu düşünür. Getdikcə büdcənin artırılması istiqamətində işlər planlaşdırılır.  Büdcənin artırılması müdafiə xərclərinin artırılması və ona yönəlik istiqamətləri də gündəmə gətirəcək.  Avropada ordunun gücləndirilməsi, buna görə də silahların alınmasına ehtiyac var. Avropanın öz imkanları bu silahların təmin edilməsində yetərli deyil. Belə olan halda ABŞ müdafiə sənayesi meydana girəcək. Bu da ABŞ büdcəsinə xeyli pulların daxil olması deməkdir. Avropalılar qısa müddətdə ordularını lazımi səviyyəyə gətirə bilməyəcək. Beləliklə də, keçid müddətində amerikalılar avropalılardan müdafiə qarşılığında pul alacaqlar. Bu, təhlükəsizlik xidməti qarşılığında Avropanın müxtəlif sektorlarda ABŞ-yə investisya qoyması şəklində  və ya hansısa müdafiə xərclərinin ödənilməsi formasında təzahür edə bilər. ABŞ-nin hərbi büdcəsi təxminən 1 trilyon dollardır. Bu məbləğ ondan sonrakı 12 hərbi gücün müdafiə xərclərinin toplamına bərabərdir. ABŞ kobud şəkildə ifadə etsək, Avropaya "hərbi büdcəni siz ayırırsınız, biz də müdafiə xidməti veriririk" deyəcək. Avropalılar orta və uzun müddətdə öz başlarının çarəsinə baxmağa çalışacaqlar. Bu çərçivədə NATO-nun gücləndirilməsi məsələsi gündəmə gələcək. NATO-ya ayrılan vəsait təxminən 1 trilyondur, onun da üçdə ikisini ABŞ verir. Önümüzdəki dövrdə xərclərin daha çox Avropa ölkələrinin üzərinə yıxılması prosesi gedəcək.  Bu prosesin məntiqi nəticəsi olaraq Almaniya, Britaniya kimi ölkələrin müdafiə xərclərinin artırılması məsələsi gündəmdədir. Proses Avropa üçün Türkiyənin strateji əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Artan Rusiya təhdidi və azalan ABŞ himayəsi fonunda bu təbii hal alır. Beləliklə də, Türkiyənin hərbi imkanlarından istifadə etmək, ona iqtisadi dəstək vermək kimi istiqamətlər önümüzdəki dövrdə çox daha fəal şəkildə təzahür edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see393

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see235

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see201

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see200

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see198

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see196

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see195

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see191

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see186

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see185

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see175

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see175

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see170

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see170

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see166

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see165

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see164

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see162

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri