Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

ABŞ Avropa xətti qırılır: Moskva və Pekin fürsət axtarır

ABŞ Avropa xətti qırılır: Moskva və Pekin fürsət axtarır

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağ Evin Qrenlandiya ilə bağlı iddiaları transatlantik münasibətlərdə uzun illərdir görünməyən dərəcədə gərginlik yaradıb. Vaşinqtonun bu məsələdə müttəfiqlərinə qarşı siyasi, hərbi-psixoloji və iqtisadi təzyiq alətlərindən açıq şəkildə istifadə etməsi ABŞ–Avropa xəttində ciddi inamsızlıq mühiti formalaşdırır. Nəticədə isə bu gərginlik təkcə ikitərəfli münasibətləri deyil, bütövlükdə

NATO-nun institusional gələcəyini sual altına qoyur.
Ağ Evin təzyiq siyasəti və Avropanın cavab reaksiyası
Donald Tramp administrasiyasının Qrenlandiyanı ABŞ-ın milli təhlükəsizliyi üçün “həyati əhəmiyyətli ərazi” kimi təqdim etməsi və bu kontekstdə güc variantını belə istisna etməməsi Avropa paytaxtlarında ciddi narahatlıq doğurub. Daha təhlükəli məqam isə Vaşinqtonun bu iddiaları tarif təhdidləri ilə müşayiət etməsidir.

Trampın Danimarka, Almaniya, Fransa, Böyük Britaniya, Niderland, Norveç, İsveç və Finlandiyadan idxal olunan mallara əvvəlcə 10%, daha sonra isə 25%-ə qədər tarif tətbiq edəcəyi ilə bağlı açıqlamaları transatlantik iqtisadi münasibətlərdə qırılma nöqtəsi yaradıb. Avropa İttifaqı isə bu təhdidləri cavabsız qoymamaqda qərarlıdır. Brüsseldə 93 milyard avro dəyərində ABŞ mallarına qarşı tariflərin tətbiqi və Amerika şirkətlərinin Aİ bazarına çıxışının məhdudlaşdırılması açıq şəkildə müzakirə olunur.

NATO daxilində çatlar və yeni ittifaq müzakirələri
Ən diqqətçəkən məqam ondan ibarətdir ki, gərginlik artıq NATO daxilində açıq siyasi parçalanma səviyyəsinə çatıb. “Politico”nun yazdığına görə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Norveç kimi aparıcı Avropa ölkələri ABŞ-sız alternativ hərbi-siyasi ittifaqın konturlarını qeyri-rəsmi səviyyədə müzakirə edirlər.
Bu, NATO tarixində nadir presedentdir. Avropa paytaxtlarından səslənən “ABŞ Avropadakı hərbi bazalarından imtina riski ilə üzləşə bilər” mesajları Vaşinqton üçün açıq xəbərdarlıq xarakteri daşıyır. Bu cür bəyanatlar göstərir ki, Qrenlandiya məsələsi artıq təkcə regional mübahisə deyil, alyansın strateji birliyini sarsıdan faktora çevrilib.

Tariflər, ticarət sazişi və Brüssel-Vaşinqton xəttində qırılma
Gərginliyin iqtisadi ölçüsü də getdikcə dərinləşir. Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının lideri Manfred Veberin açıqlaması bu baxımdan simvolikdir. Onun sözlərinə görə, Trampın Qrenlandiya ilə bağlı təhdidləri fonunda ABŞ-Aİ transatlantik ticarət sazişinin təsdiqlənməsi artıq mümkün deyil.
Bu saziş Aİ-nin ABŞ ixracına tətbiq edilən rüsumlardan azad edilməsi müqabilində Aİ idxalına 15% ABŞ tariflərini nəzərdə tuturdu. İndi isə Brüssel bu razılaşmanı dondurmaq niyyətindədir. Bu isə o deməkdir ki, Qrenlandiya böhranı qlobal ticarət sisteminə də birbaşa təsir göstərməkdədir.

Arktika təhlükəsizliyi və kollektiv mövqe
Səkkiz NATO ölkəsinin birgə bəyanatı göstərir ki, Avropa müttəfiqləri Qrenlandiya məsələsində geri addım atmaq niyyətində deyil. Onlar Arktikada təhlükəsizliyin gücləndirilməsini ortaq transatlantik maraq kimi təqdim etsələr də, bunu suverenlik və ərazi bütövlüyü prinsipləri çərçivəsində görürlər.

Danimarkanın müttəfiqlərlə birlikdə keçirdiyi “Arctic Endurance” (Arktika dözümlülüyü) təlimləri də bu mövqenin praktik təzahürüdür. Avropa açıq şəkildə bildirir ki, Arktika təhlükəsizliyi ABŞ-ın birtərəfli addımları ilə deyil, koordinasiyalı və hüquqa əsaslanan yanaşma ilə təmin olunmalıdır.

Qlobal geosiyasi nəticələr: Moskva və Pekin üçün fürsət pəncərəsi
ABŞ-Avropa qarşıdurmasının daha da dərinləşməsi qlobal miqyasda yeni geosiyasi vəziyyət yarada bilər. NATO daxilində yaranan bu gərginlik ilk növbədə Rusiya və Çinin maraqlarına xidmət edir. Moskva və Pekin transatlantik birliyin zəifləməsini öz strateji hədəfləri üçün fürsət kimi dəyərləndirir və bu gərginliyin artmasında maraqlıdır.
Xüsusilə Arktika regionu Rusiya üçün həyati əhəmiyyət daşıyır. ABŞ və Avropa arasında fikir ayrılıqları Moskvanın bu bölgədə manevr imkanlarını genişləndirə bilər. Çin isə Avropanın ABŞ-dan strateji uzaqlaşmasını qlobal güc balansında öz xeyrinə dəyişiklik kimi görür.

Reallıq amili: ABŞ-sız Avropanın təhlükəsizliyi nə dərəcədə mümkündür?
Bütün bu proseslər fonunda bir mühüm reallıq da unudulmamalıdır ki,  ABŞ-sız Avropanın etibarlı təhlükəsizlik arxitekturası qurması son dərəcə çətindir. NATO-nun hərbi imkanlarının, kəşfiyyat infrastrukturunun və strateji çəkindirmə mexanizmlərinin əsas yükü hələ də Vaşinqtonun üzərindədir.

Bu baxımdan Qrenlandiya böhranı Avropa üçün dilemma yaradır: bir tərəfdən suverenlik və siyasi müstəqillik iddiası, digər tərəfdən isə ABŞ-dan asılı təhlükəsizlik reallığı.
Ağ Evin Qrenlandiya iddiası transatlantik münasibətlərdə sadəcə taktiki gərginlik deyil, strateji etimad böhranıdır. Bu böhran NATO-nun gələcək funksionallığını, ABŞ-Avropa münasibətlərinin mahiyyətini və qlobal güc balansını yenidən formalaşdıra bilər.
Əgər tərəflər bu qarşıdurmanı dialoq və kompromis yolu ilə idarə edə bilməsələr, Qrenlandiya böhranı XXI əsrin ən böyük transatlantik siyasi qırılmalarından birinə çevrilə bilər.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri